Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib

30.04.2024 17:39 1 077
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib
Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmanla hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısındakı “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə rəisləri, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi rəisinin müavini və departament rəisləri” “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisləri, Xidmətin Milli Qvardiyası komandanının birinci müavini” ilə əvəzlənib.

Bundan başqa, hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisləri və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin idarə rəisləri” əlavə edilib.

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına da dəyişiklik edilib. Belə ki, siyahıya Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti üzrə - baş idarə rəislərinin müavinləri, idarə rəisləri və onların müavinləri, müstəqil şöbələrin rəisləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi üzrə - idarə rəislərinin müavinləri, müstəqil şöbələrin rəisləri əlavə olunub.

Son xəbərlər