Mojo.az Banner
23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |     21:51 Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi  |     21:30 Ali Məhkəmə Trampın müraciətini ikinci dəfə rədd etdi  |     21:17 Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib  |     21:16 Ağdaş sakinlərinin yol PROBLEMİ: Məktəblilər palçıqlı yollarda çətinlik çəkirlər - Video  |     21:13 Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb  |     20:56 İlk elektrikli "Ferrari" rəsmi qiymətindən 62 dəfə baha satıldı  |     20:49 Karxanada ayağı qurğuda qalan kişi öldü  |    
Left Banner
Right Banner

Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir

24.04.2024 17:52 864
Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir
Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbsinin əsl səbəbinin dövlətə xəyanətdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Vajnıye istorii” bir-biri ilə əlaqəsi olmayan FSB-yə yaxın iki mənbəyə istinadən məlumat yayıb.

"Rüşvət camaat üçündür. Hələlik onlar dövlətə xəyanət haqqında açıq danışmaq istəmirlər - bu, böyük qalmaqaldır: axı, necə də olmasa müdafiə nazirinin müavinidir”, - mənbələrdən biri deyib.

"Heç kim onu korrupsiyaya görə saxlamazdı. Orada [Kremldə] hamı bu barədə çoxdan bilirdi. Putin bunun məhz vətənə xəyanət məsələsi olduğuna inandıra bildikdən sonra əmr verib”, – başqa mənbə deyir.

Rusiya hüquq-mühafizə orqanlarının əlində uzun illərdir ki, İvanovla bağlı kompromatlar var. İstintaq Komitəsinin (İK) müstəntiqi bu barədə hələ 2017-ci ildə nəşrin baş redaktoru Roman Aninə danışıb. Onun sözlərinə görə, İstintaq Komitəsinin topladığı materiallar İvanovun "Oboronstroy”un rəhbəri kimi fəaliyyəti ilə bağlı olub. Lakin həmin vaxt Rusiya rəhbərliyi bu materialların ortaya çıxmasına icazə verməyib: Şoyqu İvanovun müdafiəsinə qalxıb.

"O, şəxsən Yuryevə (FSB-nin Hərbi əks-kəşfiyyat idarəsinin rəisi - Red.) zəng edib və FSB-nin onun yaxının ətrafında iş apardığına görə onu söyüb", - İstintaq Komitəsinin müstəntiqi bildirib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, FSB-nin Hərbi əks-kəşfiyyat idarəsi İvanova qarşı hazırkı işə operativ dəstək verməklə məşğuldur. "İndi onlar onunla nə edəcəklərinə qərar verirlər: ya onu rüşvətə görə həbs edəcəklər və zonada "bitirəcəklər”, ya da ittihamı vətənə xəyanət kimi qiymətləndirəcəklər”, - FSB-yə yaxın mənbə deyir.

Xatırladaq ki, Timur İvanov aprelin 23-də iş yerində saxlanılıb, bundan bir qədər əvvəl o, Sergey Şoyqunun rəhbərliyi altında Müdafiə Nazirliyinin kollegiyasında iştirak edib. Forbes mənbəsi iddia edir ki, İvanovun təqibi Şoyqunun mümkün gedişindən əvvəl "nazirin yaxınlarının təmizlənməsi”dir.

Artıq çərşənbə günü Moskvanın Basmannı məhkəməsi onu xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə (RF-nın Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi; səkkiz ildən 15 ilədək həbs) istintaq təcridxanasına göndərib. Onun dostu Sergey Borodin də eyni iş üzrə həbs edilib. Müstəntiqlərin fikrincə, İvanov və Borodin "Müdafiə Nazirliyinin ehtiyacları üçün podrat və subpodrat işlərini yerinə yetirərkən” əmlakla xüsusilə külli miqdarda rüşvət almaq üçün üçüncü şəxslərlə iş birliyi qurublar.скачать dle 11.3
Mojo.az Banner