Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ

24.04.2024 12:21 771
AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq və heyvan satışı bazarlarında nəzarət tədbirlərini genişləndirib.

Qurumdan verilən məlumata görə, Agentlik hazırda davam etdirilən monitorinq və yoxlamalar zamanı aşkarlanan nöqsanlarla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bazar rəhbərlərinə xəbərdarlıq edib.

Belə ki, yalnız 2023-cü il ərzində ölkə ərazisində fəaliyyət göstərən bazarların daxilində yerləşən ət satışı obyektlərini qiymətləndirmək üçün Agentlik tərəfindən monitorinq həyata keçirilən 63 bazarda 400 nöqsan aşkar olunub. Həmçinin 68 bazarda aparılan yoxlamalar zamanı uyğunsuzluqlar müəyyən edilib. Bununla əlaqədar olaraq, müvafiq tədbirlər görülüb.

Cari ilin ötən dövründə isə ümumilikdə 17 bazarda yoxlama aparılıb. Yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib ki, bununla əlaqədar bazarlardan 4-ündə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, 8-ində iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması, 6-sında məhsul satışının dayandırılması, birində məhsul satışının qadağan olunması, birində isə məhsul istehsalının (quş kəsimi) dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib. Eyni zamanda 17 sahibkarlıq subyekti barəsində AQTA tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb və bazar rəhbərlərinə aşkarlanmış nöqsanların müəyyən edilən müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Yoxlamalar çərçivəsində 1 bazarda saxta spirtli içkilər aşkar olunaraq, toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Monitorinq və yoxlamaların aparılması ilə yanaşı, ötən müddətdə Agentlikdə bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib və "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblər onların diqqətinə çatdırılıb. Eləcə də bazar rəhbərlərinə mövcud tələblər barədə məktubla məlumat verilib, habelə fəaliyyətlərinin həmin tələblərə uyğunlaşdırılması üçün zəruri tədbirlərin görülməsinin təmin edilməsi və nəticəsi barədə AQTA-ya məlumat verilməsi istənilib. Buna baxmayaraq, bəzi bazarlarda qida təhlükəsizliyi tələblərinə hələ də əməl olunmur.

Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, qida obyekti (subyekti) qeydiyyata alınmalı və Qida Təhlükəsizliyi Reyestrinə daxil edilməli, bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş məhsullar satılmamalıdır. İstifadəyə yararsız və təhlükəli qida məhsullarının zərərsizləşdirilərək məhv edilməsi üçün bazarlarda utilizasiya sobası təşkil edilməlidir. Həmçinin qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməli və digər tələblər yerinə yetirilməlidir.

Agentlik bildirib ki, qida təhlükəsizliyi tələblərinə riayət etməyən sahibkarlar barəsində ən sərt tədbirlər görüləcək.скачать dle 11.3

Son xəbərlər