Mojo.az Banner
19:30 Ermənistanda partlayış oldu, hərbçi öldü  |     19:25 Sumqayıtda 22 motosiklet sürücüsü saxlanıldı - VİDEO  |     19:16 Narkotikin təsiri altında olan sürücü həbs olundu  |     19:11 Mingəçevirdə qayıq "River Side" hotelinin restoranına çırpıldı - Yaralılar var  |     19:04 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq  |     18:59 Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı  |     18:52 Yoxlamalara dair yeni qadağa  |     18:47 Azərbaycanda bu şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir  |     18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |    
Mojo.az Avto
Mojo.az Avto

Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı

16.04.2024 14:14 1 743
Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı
Aprelin 3-də Nikol Paşinyanın Antoni Blinken və Ursula fon der Lyayenlə görüşündən iki gün əvvəl sensasion hərbi-siyasi gündəmlə xarakterizə olunan “Brüsseldəki toplantı” ilk baxışdan kifayət qədər “təvazökar” nəticə ilə başa çatdı. Həmin vaxt bir çox insanda məntiqi sual yarandı: Ermənistana bir neçə yüz milyon dollarlıq iqtisadi yardım edildi, doğrudanmı, gərgin iş qrafikini nəzərə alındıqda Blinkenin Vaşinqtondan Brüsselə uçması belə bir xırdalıq naminədir?

Elə həmin vaxt ekspertlər bildirdilər ki, biz ancaq Ermənistan və onun Qərbdəki müttəfiqlərinin yayımladığı mənzərəni görürük.

Bu barədə Caliber.Az-ın hazırladığı materialda bildirilir.

Qeyd olunur ki, görüşdən dərhal sonra nəşr Brüsseldəki pərdəarxası danışıqların və orada əldə olunan razılaşmaların təfərrüatını mütləq təqdim edəcəyini bildirib.

“Budur, artıq etibarlı mənbələrdən ABŞ və Avropa İttifaqından Ermənistana hərbi-siyasi dəstəyin hansı istiqamətlərdə və hansı konkret proqramlar əsasında veriləcəyi barədə məlumat aldıq. Hazırda daxil olan sənədləri təhlil edirik və tezliklə məlumatları geniş ictimaiyyətlə paylaşacağıq. Amma artıq indidən deyə bilərik ki, Qərbin Ermənistana dəstəyinin dərəcəsi bütün gözləntilərimizi üstələyib. Əminik ki, Gürcüstan və Moldova da çox təəccüblənəcək - axı gürcülərin və moldovalıların ancaq arzulaya bildiyini ermənilər əldə edirlər. Təəssüf ki, hər şey göstərir ki, bu dəstək ilk növbədə Azərbaycana qarşı yönəlib”, - deyə məqalədə vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner