Mojo.az Banner
19:17 Kamran Əliyev Yasamalda vətəndaşları qəbul edəcək  |     19:10 Tokayev hökuməti istefaya göndərdi  |     19:05 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VİDEO  |     18:58 Tramp bu okeanların adını dəyişdirmək istəyir  |     18:53 BYD "Tesla"nı geridə qoydu  |     18:45 Beyonsdan zəlzələdən zərərçəkənlərə böyük dəstək  |     18:40 Sərxoş halda evə gələn kişiyə sevgilisi irad tutdu, o isə qadını döydü  |     18:34 Dünyanın hakimiyyətdə olan ən gənc monarxı 34 yaşında vəfat etdi  |     18:20 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:06 Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu - FOTO  |     17:44 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     17:34 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI  |     17:20 Premyer Liqa: "Neftçi", "Sabah" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları açıqlanıb  |     17:11 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR  |     16:53 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     16:39 Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     16:34 Sabah çimərliklərdə hava necə olacaq?  |     16:26 KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub - VİDEO  |     16:10 Bakıda dörd bina sökülə bilər - ÜNVANLAR  |     15:59 Tbilisidə su anbarında 15 yaşlı azərbaycanlının cəsədi tapıldı  |    
Left Banner
Right Banner

Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb

16.04.2024 14:08 1 329
Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb
Xankəndi şəhərində 36 silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, aprelin 15-də Xankəndi şəhəri ərazisindən 27 ədəd müxtəlif markalı avtomat silahı, bir pulemyot, bir pulemyot-tapança, dörd tapança, üç tüfəng, 14 qumbara, bir qumbaraatan, beş alışdırıcı, üç mina başlığı, iki mərmi, 15 pulemyot lenti, 74 patron darağı, 3 130 ədəd müxtəlif çaplı patron, iki rabitə vasitəsi və digər sursat aşkar olunaraq götürülüb.

Həmçinin polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi çərçivəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, beş tüfəng və 28 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində isə üç ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.скачать dle 11.3
Mojo.az Banner