Mojo.az Banner
22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |     20:53 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?  |     20:48 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi  |     20:40 Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var  |     20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik MİDA-nın tenderini ləğv etdi

13.04.2024 19:19 936
Nazirlik MİDA-nın tenderini ləğv etdi
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA” MMC tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərarı əsasən ləğv olunub.

Bildirilir ki, "MİDA” MMC-nin avtomobillərə texniki xidmətin göstərilməsi üçün keçirdiyi tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi "Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2., 38.2. və 57.3.7.-ci maddələri göstərilib.

Məlumat üçün bildirək ki, 1 yanvar 2024-cü ildən qüvvəyə minən "Dövlət Satınalmaları Haqqında” yeni Qanunda 57.3.7.-ci maddə yoxdur. Qeyd olunan digər maddələrdə isə müsabiqənin ləğvindən bəhs olunmur. Məsələn, yeni Qanunun 38-ci maddəsində satınalma müqaviləsinin qüvvəyə minməsi ilə bağlı müddəalar yer alıb.

Hazırda qüvvədə olmayan "Dövlət Satınalmaları Haqqında” Qanunun 38.2-ci maddəsi isə tender komissiyasının məsuliyyətindən və müsabiqənin ləğvindən bəhs olunur.

Onu da bildirək ki, tenderi keçirən "MİDA” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan "MİDA”nın direktoru Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı Fərhad Təhməzlidir.скачать dle 11.3
Mojo.az Banner