Mojo.az Banner
16:59 Xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib  |     16:54 Qaradağda iki yaşlı uşaq ölüb  |     16:50 Pediatr olan məşhur baş həkim qastroenteroloq işləyirmiş - Klinikada ciddi nöqsanlar aşkarlandı - FOTO  |     16:42 Yer kürəsini maqnit qasırğası vuracaq  |     16:35 İcra sənədləri əsasında əmlak şəhadətnamələri veriləcək  |     16:12 Tiktoker "Miray"ın həbs müddəti uzadıldı  |     16:06 Tanınmış azərbaycanlı müğənni səsini itirdi: Bütün konsertlər ləğv edildi  |     16:03 Paşinyana hücum cəhdi ilə əlaqədar üç nəfərə ittiham elan edildi  |     14:01 Ağdam sakini Mingəçevirdə küçədə infarktdan öldü  |     13:59 Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq  |     13:58 Ordubadda qaya uçqunu olub  |     13:57 İranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olundu  |     13:52 Aprelin ilk günündə 25 dərəcə isti olacaq  |     13:50 Şağanda qardaşı tərəfindən qətlə yetirilən Qamətlə bağlı YENİ MƏLUMATLAR  |     13:46 Xocavənd şəhərinə daha 64 ailə yola salınıb  |     13:39 Məktəbin gözətçisi direktor müavinini söydü, xadiməni yumruqla vurdu  |     13:35 İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub  |     13:30 Bakıda yağan rekord yağışların səbəbi müharibədir? - Alimdən sensasion açıqlama  |     13:24 Məhkəmə küçədə bacısını döyən qadını cəzadan azad etdi  |     13:19 Ağcabədi batalyonunun komandiri vəfat edib  |    
Left Banner
Right Banner

Sabah Bakıda 20, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ

12.04.2024 12:41 807
Sabah Bakıda 20, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
Aprelin 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.скачать dle 11.3
Mojo.az Banner