Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Orqanizmdə iltihabı azaldan qidalar

11.04.2024 20:50 1 023
Orqanizmdə iltihabı azaldan qidalar
Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir.

Median.Az
Medicina.az-a istinadən xəbər verir ki, dietoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb.

"İltihab əslində immun sistemin təbii reaksiyasıdır, bu o deməkdir ki, proses gedir və immunitet bacarmır. Xroniki iltihab ürək, damar, diabet və xərçəngə gətirib çıxarır. Bu riski gənc yaşdan azaltmaq lazımdır. Bunun üçün mükün qədər çox tərəvəz, meyvə, giləmeyvə yemək lazımdır.

İltihabı azaldanlar - sitrus meyvələri, böyürtkən, moruq, çiyələk, qaragilədir.

Mütləq rasiona kivi, qreypfrut, ananas daxil edilməlidir. Tropik meyvələrdə bromealyn adlı ferment var, o, güclü iltihabəleyhinə təsiri ilə məşhurdur, bədəndəki artıq yağı, piyi yuyur. Bu meyvədə immunitet üçün vacib olan bütün vitaminlər var.

Ananas artrit, revmatizm, həzm sistemi xəstəlikləri üçün dərmandır.

E vitamini və mono yağlarla zəngin avokado da qanda şəkəri salır, iltihabı azaldır.

C vitamini ilə zəngin kivi, portağal da vacibdir. Çünki gündə 500 mq vitamin C iltihabı azaldır.

Alma, gilas və vişnə də podaqra, revmatoid artrit xəstələri üçün vacibdir. Alma kversetin mənbəyidir, antioksidant təsiri var", - Best qeyd edib.скачать dle 11.3

Son xəbərlər