Mojo.az Banner
22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlərdən şəkər xəstələrini insulindən ömürlük xilas edəcək təcrübə

11.04.2024 12:05 921
Alimlərdən şəkər xəstələrini insulindən ömürlük xilas edəcək təcrübə
Yaponiyalı alimlər gələn il şəkər xəstələrinin insulin problemini ömürlük həll edəcək unikal əməliyyat keçirməyi planlaşdırırlar. Belə ki, onlar hormon istehsal edən mədəaltı vəz hüceyrələrini donuzlardan insanlara köçürməyə hazırlaşırlar.

Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Bildirilir ki, əməliyyatı Yaponiya Milli Beynəlxalq Tibb Mərkəzinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu həyata keçirəcək.

Nəşrin məlumatına görə, qanda şəkərin səviyyəsinin tənzimlənməsinə cavabdeh olan və “Langerhans adacıqları” kimi tanınan bu hüceyrələr 1-ci tip şəkərli diabet xəstəsinə köçürüləcək. Alimlər ümid edirlər ki, bu, xəstənin insulin inyeksiyasına ehtiyacını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.

Transplantasiya edilmiş “Langerhans adacıqları”nın orqanizm tərəfindən rədd edilməsinin qarşısını almaq üçün bu hüceyrələr 0,5-1 mm diametrli xüsusi kapsullara yerləşdiriləcək. Şəkər səviyyəsi yüksəldikdə kapsulun kiçik deşiklərindən insan qanına insulin daxil olacaq.

Xatırladaq ki, bu il Yaponiya müvəffəqiyyətlə geni dəyişdirilmiş donuz yetişdirib. Onun orqanları gələcəkdə orqanizm tərəfindən rədd edilmədən köçürülə bilər.

Həmçinin, cərrahlar dünyada ilk dəfə donuz böyrəyini canlı xəstəyə uğurla köçürüblər.скачать dle 11.3
Mojo.az Banner