Mojo.az Banner
19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda illik inflyasiya açıqlanıb

09.04.2024 20:25 1 575
Azərbaycanda illik inflyasiya açıqlanıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-qida məhsulları üzrə 101,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,5 % təşkil edib.

Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə isə 100,2 %, ötən ilin eyni dövrünə nisbətən isə 100,4 % olub.

O cümlədən, martda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 100,4 %, əvvəlki ilin eyni dövrünə nisbətən isə 98,9 % təşkil edib. Ayrı-ayrı qida məhsullarından daha çox artım düyünün, kolbasanın, təzə və dondurulmuş balığın, kərə və zeytun yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, kartofun, çayın, azalma isə əsasən unun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, süfrə marqarininin, qarğıdalı yağının, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 %, ötən ilin eyni dövrünə nisbətən isə 101,1 % təşkil edib.

Martda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 100,1 %, ötən ilin eyni dövrünə nisbətən isə 102,2 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadaxili istirahət turlarının, mehmanxanalarda gecələmə xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.скачать dle 11.3
Mojo.az Banner