Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın Baş Qərargah rəisi MDB Qərargah Komitəsinin iclasında iştirak edib

04.04.2024 15:50 1 482
Azərbaycanın Baş Qərargah rəisi MDB Qərargah Komitəsinin iclasında iştirak edib
Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev MDB ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin Moskvada keçirilən iclasında iştirak edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan da nümayəndələr iştirak ediblər.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, görüş zamanı dünyada və MDB-yə üzv ölkələrin sərhədlərinin perimetri boyunca hərbi-siyasi vəziyyət əsaslı şəkildə təhlil edilib.

“Görüş iştirakçılarına Rusiya hərbi-sənaye kompleksinin müəssisələri tərəfindən yaradılmış müasir silahlarla tanış olmaq imkanı yaradılıb. Onlara pilotsuz uçuş aparatlarına qarşı mübarizənin təşkilinə müasir yanaşmalar barədə də məlumat verilib”, - o qeyd edib.

Qərargah rəisinin sözlərinə görə, birgə hərbi sistemlərin inkişafı üzrə cari və gələcək vəzifələr ətrafında müzakirə aparılıb.

“Birgə rabitə sisteminin və birgə hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi perspektivlərinə, həmçinin humanitar minatəmizləmə bölmələrinin hazırlanmasına xüsusi diqqət yetirilib”, - o əlavə edib.

Mənbə: TASS

Son xəbərlər