Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək |
Mojo.az Avto
Mojo.az Avto

Meyxanaçı Ağamirzə: “Ağakərimin yalnız nəfəsi gedib-gəlir”

04.04.2024 12:38 2 094
Meyxanaçı Ağamirzə: “Ağakərimin yalnız nəfəsi gedib-gəlir”
“Vaxtaşırı Ağakərimin evinə gedib ona baş çəkirəm. Təəssüf ki, onun yanına gedəndə Ağakərim danışmır. Bir tək salamımı alır. Uzanıb, qalıb... Nə danışa, nə otura, nə dura, nə də ki gəzə bilir. Yalnız nəfəsi gedib-gəlir”.

Bu sözləri Ağamirzə Məmmədov uzun illərdir yataq xəstəsi olan həmkarı Ağakərim ləqəbi ilə məşhurlaşan Kərim Novruzovun səhhəti barədə Bizim.media-nın əməkdaşına söyləyib.

Söz ustadı bildirib ki, Ağakərimin sağlamlığında heç bir irəliləyiş yoxdur:

“Heydər Əliyev Fondu Ağakərimin səhhəti ilə mütəmadi maraqlanır. Bundan daha əvvəl xəstəxana müalicələrini də öz üzərinə götürmüşdü. Amma xəstəxanalıq bir şey də yoxdur. Ağakərim istər evdə, istərsə də xəstəxanada qalsın, onun səhhəti ilə bağlı heç bir irəliləyiş və fərq yoxdur. Həkimlərin əlindən gələsi bir iş yoxdur. Amma nə zaman ehtiyac olarsa, xəstəxana onu qəbul eləməyə hazırdır”.

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Meyxanaçı ötən ilin dekabrında ikinci dəfə insult keçirib.

Son xəbərlər