Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi | 20:47 Azərbaycan məhsulları ixrac bazarlarında fitosanitar tələblərə uyğunluğu ilə seçilir | 20:40 Bu xəstələr üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişdi | 20:35 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib | 20:27 GTA 6 asılılığının əsas əlamətləri | 20:22 Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı | 20:14 Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur | 20:09 Sakinlər “İron İnşaat” şirkətindən narazıdır | 20:01 Kaliforniyada təyyarə qəzası olub - Ölənlər var | 19:56 Rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı yeni tələblər | 19:50 3-cü sinif şagirdi vəfat etdi | 19:42 Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq | 19:37 Baydenin bu görüntüsü diqqət çəkdi | 19:30 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı | 19:24 "Şahzadə Mustafa" Bakıya gələcək | 19:15 “Yer elə materialdandır ki, ayaq qoyan kimi sürüşür” – Piyada keçidindən ŞİKAYƏT |
Mojo.az Avto
Mojo.az Avto

Stoltenberq: Ukrayna Aİ-də olduğu kimi bir neçə mərhələdə NATO-ya qəbul edilməyəcək

03.04.2024 22:16 1 512
Stoltenberq: Ukrayna Aİ-də olduğu kimi bir neçə mərhələdə NATO-ya qəbul edilməyəcək
“NATO-ya qəbul proseduru Avropa İttifaqına qəbuldan fərqlidir və Ukrayna üzv olmağa hazır olana qədər alyansa dəvət almayacaq”.

Median.Az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

O, NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında ukraynalı jurnalistlərin iyulda ABŞ-da keçiriləcək alyansın sammitinə Ukraynanın ən azı ilkin dəvət ala biləcəyi ilə bağlı sualını belə cavablandırıb:

“Biz Ukraynanın NATO-ya üzvlük fəaliyyət planını ləğv etmək və prosesi bir addımlı etmək qərarına gəldik. İki mərhələli giriş prosesinə geri dönə bilmərik. NATO dəvət göndərəndə bu, praktiki olaraq NATO-ya üzvlük demək olacaq.

NATO ilə Avropa İttifaqı arasındakı fərq budur. Aİ-də üzvlük əldə etmək dəvət edildiyi andan illər çəkə bilər. NATO-da dəvət alandan sonra bu, çox tez baş verir”.

Son xəbərlər