Mojo.az Banner
Son Xəbərlər
13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda kişi zənglərinə cavab verməyən arvadını evdən qovdu

01.04.2024 21:18 1 050
Sumqayıtda kişi zənglərinə cavab verməyən arvadını evdən qovdu
Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Bəhruz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, təxminən 13 ildir Səbinə ilə ailə həyatı qurub:

“Bu evlilikdən bir qız və bir oğlan övladımız olub. Evlilik dövründə dəfələrlə aramızda mübahisələr olub. Sonuncu dəfə hadisə günü, axşam saatlarında işdən evə gələn zaman həyat yoldaşım Səbinənin mobil nömrəsinə dəfələrlə zəng vurdum. Daha sonra nömrəmin əngəlləndiyinin şahidi oldum. Bundan sonra evə gəldim. Evə girən zaman Səbinənin mətbəxdə oturaraq telefonla danışdığını gördüm. Bu zaman Səbinə oturduğu yerdən ayağa durdu. Ondan telefonunu mənə verməsini istədim. Səbinə telefonu verməkdən imtina etdi. Telefonda anası ilə olan danışıqlarını siləcəyini dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Səbinəni yerə yıxaraq telefonu əlindən alıb:

“Bunu eləməyimin səbəbi kiminlə danışmasının mənə maraqlı olması olub. Telefonu götürüb qonaq otağına keçdikdə Səbinə cibimdən telefonu götürərək hamama girdi. Bundan sonra evdə uşaqlar olduğu üçün daha məsələni uzatmadım. Təxminən beş dəqiqə sonra hamamdan çıxaraq telefonu mənə verdi. Onun telefonda olan mesajları silmək istəməsi məndə şübhə yaratdı. Əsəbləşib ona şillə vurdum. Evdə uşaqlar olduğu üçün beş-altı şillə zərbəsi vurduqdan sonra dayandım. Bundan sonra Səbinənin qardaşına telefonda olan mesajları silməsi, mənə göstərməməsi barədə məlumat verdim”.

Bəhruz bildirib ki, ertəsi gün, səhər saatlarında yuxudan oyandıqdan sonra Səbinədən uşaqları götürərək anasının yaşadığı evə getməsini tələb edib. Onun sözlərinə görə, həmin gündən Səbinə evi tərk edərək gedib.

İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, Bəhruz ilə aralarında dəfələrlə mübahisələr olub:

“Bu dövr ərzində Bəhruz bir dəfə də olsun evin problemləri ilə maraqlanmayıb. Sonuncu dəfə hadisə günü, axşam saatlarında istifadə etdiyim telefonda nömrəsinin əngəllənməsinə görə Bəhruz evə gələrək mübahisə yaratdı. Mən də istəyərəkdən əngəlləmədiyimi, telefonumun qızımızda olduğunu, onun bilmədən edə biləcəyini dedim. Bundan sonra yumruq və şillə zərbələri ilə başımdan, sifətimdən zərbələr vurdu. Sonra məni yerə yıxaraq, bədənimin müxtəlif nahiyyələrindən vurdu. Döyən zaman ağzımdan qan gəldi və dişim qırıldı. Daha sonra uşaqlarım ilə birlikdə məni evdən qovdu. Bundan sonra sosialdan aldığım müavinətin kartı Bəhruzda olduğu üçün evdən çıxdıqdan sonra kartı dəyişdirdim. Daha sonra Bəhruz məndən kartı geri qaytarmağımı istədi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub

Son xəbərlər