Mojo.az Banner
SON DƏQİQƏ
12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə şahidlər dindiriliblər

30.03.2024 15:11 1 458
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə şahidlər dindiriliblər
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib və şahidlər dindiriliblər.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin vəkili məhkəməyə Fazil Mustafanın ərizəsini təqdim edib və bildirib ki, müvəkkili ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir.

Daha sonra şahidlərdən əvvəlcə hazırda məhkumluq həyatı yaşayan Xəyyam Musayev ifadə verib:

“Təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıyıram. Uşaqlıq dostum olub. Rəşad mənə tapançanı verərək özümdə saxlamağı xahiş etdi, mən də saxladım. Daha sonra məni həbs etdilər. Silahı başqasına 800 manata satdım”.

Daha sonra şahid qismində polis əməkdaşları ifadə veriblər. Onlar təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıdıqlarını deyiblər. Polis əməkdaşları bildiriblər ki, həmin gün növbətçi hissəyə Rəşad Əhmədovun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və silah gəzdirməsi ilə bağlı məlumat daxil olub. Şahidlərin sözlərinə görə, onu idarəyə aparıb axtarış ediblər və onun üzərindən metamfetamin aşkarlanıb. Məhkəmənin növbəti iclası aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və digər maddələri ilə cinayət işi başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov həbs ediliblər.скачать dle 11.3

Son xəbərlər