Mojo.az — elanlar
Son Xəbərlər
14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |    
Mojo.az Avto
Mojo.az Avto

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

29.03.2024 17:53 1 515
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahət üçün geniş istiqamət seçimi təklif edərək dünyanın 50-dən çox şəhərinə uçuşlar həyata keçirəcək.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Aprel-oktyabr aylarında AZAL ilə dünyanın müxtəlif yerlərinə, o cümlədən Dubay, Tbilisi, Aktau, Almatı, Astana, Batumi, Dammam, Ciddə, İslamabad, Kəraçi, Lahor, Mədinə, Mumbay, Nyu-Dehli, Pekin, Daşkənd, Təl-Əviv, Ürgənç və Ər-Riyad kimi Asiya şəhərlərinə səyahət etmək mümkündür.

Aviaşirkətin yay cədvəlində Türkiyənin bir sıra istiqamətləri təqdim olunub:

İstanbul: gündə 4 reys;

Ankara: gündə 1 reys;

Antalya: aprel-may aylarında uçuşlar həftədə 3 dəfə, yay aylarında isə hər gün həyata keçiriləcək;

Bodrum: iyun ayının sonundan sentyabr ayının ilk həftəsinə qədər reyslər hər gün yerinə yetiriləcək;

Dalaman: həftədə 4 reys;

İzmir: apreldən iyunun ortalarına qədər reyslər həftədə 3 dəfə, iyunun sonundan sentyabrın ilk həftəsinə qədər hər gün həyata keçiriləcək;

Trabzon: aprel-may aylarında həftədə 3 reys, yay aylarında isə daha bir tezlik əlavə olunacaq.

Bundan əlavə, AZAL Avropaya səyahət etmək istəyənlərə müxtəlif seçim imkanları təqdim edir. Aviaşirkətin reysləri ilə Barselona, Berlin, Vyana, Kişineu, Tivat, London, Milan, Paris və ya Praqaya səfər edərək bu şəhərlərin gözəlliyindən zövq almaq olar.

Rusiyanın bir sıra şəhərlərinə, o cümlədən Moskva, Həştərxan, Volqoqrad, Yekaterinburq, Kazan, Mahaçqala, Mineralnıye Vodı, Novosibirsk, Samara, Sankt-Peterburq, Soçi və Ufaya reyslər mövcuddur.

Yay cədvəli çərçivəsində aviaşirkət Naxçıvan, Dubay, Aktau, Tel-Əviv, Ankara, Moskva, Tbilisi, yay aylarında isə İzmir, Bodrum, Antalya şəhərlərinə gündəlik uçuşlar yerinə yetirəcək.

Ən uyğun uçuş vaxtını seçmək və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etmək üçün AZAL sərnişinlərə səyahətləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir.

Son xəbərlər