Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Holann “Arsenal”la oyunu buraxa bilər

20.03.2024 12:31 1 995
Holann “Arsenal”la oyunu buraxa bilər
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasının 30-cu turunun mərkəzi qarşılaşmasını buraxa bilər.

Bu barədə AS nəşri bildirib.

Məlumata görə, futbolçu milli komandanın məşqində zədələnib. 23 yaşlı idmançı meydanı axsayaraq tərk edib və məşqə qayıtmayıb.

Beləliklə, forvard Norveçin Çexiya və Slovakiya milliləri ilə oyunlarını buraxmalı olacaq. Eyni zamanda, bombardirin 30-cu turdakı “Arsenal”la qarşılaşması da böyük sual altındadır. “Şəhərlilər” “topçular”ı martın 31-də qəbul edəcək.

Xatırladaq ki, cari mövsümdə Holann “Mançester Siti”də 34 oyun keçirib və 29 qola imza atıb. Onun aktivində həmçinin altı məhsuldar ötürmə var. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyununadək davam edir.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə “Arsenal” başçılıq edir. London təmsilçisinin 28 oyundan sonra 64 xalı var. Onun ən yaxın təqibçiləri eyni xala malik (lakin qol fərqində geri qalan) “Liverpul” və bir xal az toplamış “Mançester Siti”dir.скачать dle 11.3
Mojo.az Banner