Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Laçına Prezidentin xüsusi nümayəndəsi təyin edilən Məsim Məmmədov kimdir? - DOSYE

13.03.2024 17:43 2 691
Laçına Prezidentin xüsusi nümayəndəsi təyin edilən Məsim Məmmədov kimdir? - DOSYE
Bu gün Məsim Əhməd oğlu Məmmədov Laçına Prezidentin xüsusi nümayəndəsi təyin edilib.

Məsim Məmmədov Bakının Novxanı qəsəbəsində dünyaya gəlib.

1990-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (Neft və Kimya institutu) bitirib.

Həmin dövrdə Məsim Məmmədov həmçinin keçmiş Neft və Kimya İnstitutunun komsomol komitəsinin katibi vəzifəsində işləyib.

1990-1992-ci illərdə Məsim Məmmədov keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Ali Məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 1992-ci ildə o, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətə başlayıb.

Daha sonra M.Məmmədov 1999-cu ildə NATO sülhməramlı qüvvələrinin çətiri altında Azərbaycan sülhməramlı heyətinin tərkibində Kosovoda xidmət göstərib. Sonrakı illərdə isə Məsim Məmmədov Azərbaycanın beynəlxalq təşkilatlardakı missiyasında çalışıb.

Son dövrlərdə isə o, iqtisadiyyat nazirinin müşaviri vəzifəsində işləyib. Məsim Məmmədovun adı bu yaxınlarda Qarabağın ermənilər yaşayan ərazilərində təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi çəkilib. Rus, fransız və ingilis dillərini bilir.

M.Məmmədov həmçinin iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb. Məsim Məmmədov Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi də fəaliyyət göstərib.скачать dle 11.3
Mojo.az Banner