Mojo.az Banner
22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabunçuda əməliyyat: Silahlı şəxslər saxlanıldılar - VİDEO

11.03.2024 18:42 1 281
Sabunçuda əməliyyat: Silahlı şəxslər saxlanıldılar - VİDEO
Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Tofiq Yədayi üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Ondan “Kalaşnikov-74” markalı avtomat, bir ədəd patron darağı və doqquz ədəd patron aşkar olunaraq götürülüb.

T.Yədayi silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Sabunçu RPİ-nin NMB-nin əməkdaşlarının bir müddət əvvəl həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlayan iki nəfər - Rafiq Bağırov və Elxan Vahabov da saxlanılıblar.

Bu şəxslərdən isə ümumilikdə iki ədəd “Makarov” tapançası, iki ədəd patron darağı və 11 ədəd patron aşkar olunub.скачать dle 11.3
Mojo.az Banner