Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bələdiyyə üzvlərinin də sayı azaldılacaq

01.03.2024 13:31 2 400
Bələdiyyə üzvlərinin də sayı azaldılacaq
“Biz təklif etmişik bələdiyyə üzvlərinin sayı azaldılsın”.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, birləşən bələdiyyələr bunu həll etsə də, məsələ tam həllini tapmayıb:

“Bələdiyyə üzvlərinin sayı 3-11 nəfər müəyyən olunsa, daha yaxşı olar. Eyni zamanda siyasi partiyalar da bu prosesdə iştirak etməlidir. 1600 bələdiyyəyə 16 min adam namizəd irəli sürmək bir çox partiya üçün çətindir. Heç olmasa 50% iştirak da partiyalar üçün çətinlik yaradır. Üzvlərin sayının, bələdiyyələrin sayının azaldılması siyasi partiyaların da iştirakı üçün imkan yaradacaq. Bələdiyyə seçkilərinə qədər birləşmə prosesini həyata keçirəcəyik. Azad olunmuş ərazilərdə quruculuq işləri aparılanda kəndlərin birləşməsi prosesi həyata keçirilir. Bu çox doğru addımdır. Pay torpaqları istənilən yerdə verilə bilər. Qalan hallarda yaşayış massivləri birləşdirilib, əvəzinə böyük yaşayış massivi salınmalıdır”.

Qeyd edək ki, bu gün Milli Məclisdə bələdiyyələrin birləşməsi və ləğv edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunur.

Son xəbərlər