Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada Navalnının qardaşı barədə axtarış elan edilib

20.02.2024 22:40 1 104
Rusiyada Navalnının qardaşı barədə axtarış elan edilib
Rusiya müxalifətinin həbsxanada müəmmalı şəkildə ölmüş nümayəndəsi Aleksey Navalnının qardaşı Oleq Navalnı barəsində axtarış elan edilib.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxil İşlər Nazirliyindən bildirilib.

Ona qarşı irəli sürülən ittiham hələ ki məlum deyil.

Qeyd edək ki, Oleq Navalnı barəsində 2022-ci ilin yanvarında axtarış elan edilib. Bundan əvvəl Cinayət-İslah Müfəttişliyi Oleq Navalnının “sanitariya işi” adlanan iş üzrə şərti cəzasının ləğvi təklifi ilə məhkəməyə müraciət etmişdi. Cinayət işi 2021-ci il yanvarın 23-də Moskvada Aleksey Navalnıya dəstək üçün hakimiyyətin icazə vermədiyi etiraz aksiyası ilə bağlı hadisələrə aiddir. Tədbirdən sonra sanitar-epidemioloji qaydaların pozulması da daxil olmaqla bir sıra cinayət işləri açılmışdı. Bu məsələ ilə bağlı müxalifətçinin bir neçə tərəfdarı, o cümlədən Oleq Navalnı saxlanılmışdı.

Xatırladaq ki, bu il fevralın 16-da Aleksey Navalnı Rusiyanın Yamalo-Nenesk muxtar dairəsində 3 saylı islah əmək müəssisəsində ölüb. İstintaq Komitəsi siyasətçinin ölüm faktı üzrə araşdırmalara başlayıb.скачать dle 11.3
Mojo.az Banner