Mojo.az Banner
SON DƏQİQƏ
21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

NEWS.ru: “Bakıdan Qarabağa - Azərbaycan İlham Əliyevi prezident seçdi”

08.02.2024 11:44 1 914
NEWS.ru: “Bakıdan Qarabağa - Azərbaycan İlham Əliyevi prezident seçdi”
“Fevralın 7-də axşam saatlarında Azərbaycan vətəndaşları prezident seçkisində İlham Əliyevin qələbəsini qeyd etmək üçün küçələrə axışıblar. Respublika Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 54 faizinin məlumatları işləndikdən sonra hazırkı dövlət başçısı növbədənkənar seçkidə iştirak edənlərin 92,1 faizinin səsini toplayıb. Seçici fəallığı 76,73 faiz olub”.

Bu barədə NEWS.ru-nun reportajında bildirilir.

Qeyd olunur ki, seçki məntəqələrində səhər saatlarından sıxlıq müşahidə olunub. Səsvermə şəffaf və pozuntu olmadan keçib.

“Prosesdən əvvəl çoxlu hazırlıq işləri aparılıb. Son iki ayda Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları həm Bakıda, həm də yerli yerlərdə seçki prosesinin bütün iştirakçıları üçün treninqlər keçirib. İnsanlara seçicilərlə necə davranmaq, qeydiyyatdan keçmək, səsvermənin gedişini müşahidə etmək öyrədilib. Bu iş nəticəsiz qalmayıb. Bunu bütün seçki məntəqələrində belə aydın, mütəşəkkil səsvermə sübut edir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səsvermə xüsusi həyəcanla səciyyələnib. Sonradan təsdiqləndiyi kimi, məhz Qarabağda seçici fəallığı rekord həddə çatıb. Məsələn, Zəngilan-Qubadlı bölgəsində 71 faizi ötüb. Laçın şəhərindəki seçki məntəqəsinin qarşısında NEWS.ru reportyorları əsl izdihamla qarşılaşıblar. Məlum olduğu kimi, Laçın Qarabağ münaqişəsində əsas rol oynayıb. Məhz buradan 1990-cı illərin əvvəllərindən 2020-2023-cü illər hərbi əməliyyatları zamanı işğaldan azad olunana qədər İrəvanı erməni separatçıları tərəfindən ələ keçirilən Azərbaycan rayonları ilə birləşdirən məşhur Laçın dəhlizi keçib. Laçındakı daha bir seçki məntəqəsi dağın başında yerləşən məktəb binasında açılıb. Bu, yəqin ki, Laçının ən hündür nöqtəsidir”, - materialda vurğulanıb.скачать dle 11.3
01

Son xəbərlər

12
MOJO.AZ

Seçilmiş elanlar

Bütün elanlar