Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Vladimir Putinin istifadə etdiyi avtomobilin adı açıqlandı

03.02.2024 18:21 2 802
Vladimir Putinin istifadə etdiyi avtomobilin adı açıqlandı
Rusiya prezidenti Vladimir Putin iş səfərlərində xaricdə istehsal olunan avtomobillərdən istifadə etmir. 

Bu barədə "RİA Novosti" Rusiya Federasiyası Federal Mühafizə Xidmətinin Xüsusi Təyinatlı Qarajının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Simonova istinadən məlumat yayıb.

"Qarajın böyük hissəsi yerli istehsal olan avtomobillərdən ibarətdir. Xarici avtomobillər var, amma dövlət başçısı onlardan istifadə etmir və onlar müəyyən yürüş məsafəsinə çatdıqdan sonra qarajı tərk edəcəklər", deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd olunur ki, Vladimir Putin 6 ildir səyahət üçün Rusiya istehsalı olan "Aurus" limuzindən istifadə edir. "Aurus Senat Limousine" prezident avtomobili 2018-ci ildə Putin dördüncü inauqurasiya mərasiminə gələndə Rusiya ictimaiyyətinə nümayiş etdirilib. 2023-cü ilin sentyabrında Putin "Vostochnıy" kosmodromunu ziyarət edən Şimali Koreya lideri Kim Çen Ina "Aurus"unu göstərib.

2021-ci ilin may ayında Yelabuqadakı "Ford Sollers" zavodunda "Aurus" lüks avtomobillərinin seriyalı istehsalına başlanacağı bildirilib. Açılış mərasimində Vladimir Putin də videobağlantı vasitəsilə iştirak edib. O bildirib ki, özü belə avtomobil idarə edir və bir neçə dəfə sükan arxasında olub.

2025-ci ildə "Aurus Senat"ın genişləndirilmiş versiyasının kütləvi istehsalı başlaya bilər. Salonda arakəsmə quraşdırılacaq, arxada isə iki ayrı oturacaq olacaq.
//qaynarinfoскачать dle 11.3
Mojo.az Banner