Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi | 20:47 Azərbaycan məhsulları ixrac bazarlarında fitosanitar tələblərə uyğunluğu ilə seçilir | 20:40 Bu xəstələr üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişdi | 20:35 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib | 20:27 GTA 6 asılılığının əsas əlamətləri | 20:22 Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı | 20:14 Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur | 20:09 Sakinlər “İron İnşaat” şirkətindən narazıdır | 20:01 Kaliforniyada təyyarə qəzası olub - Ölənlər var | 19:56 Rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı yeni tələblər | 19:50 3-cü sinif şagirdi vəfat etdi | 19:42 Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq | 19:37 Baydenin bu görüntüsü diqqət çəkdi |
Mojo.az Avto
Mojo.az Avto

Fəaliyyətlərinə xitam verilən din xadimlərinin sayı AÇIQLANDI - FOTO

30.01.2024 21:59 1 326
Fəaliyyətlərinə xitam verilən din xadimlərinin sayı AÇIQLANDI - FOTO
“Ötən il 179 din xadiminin fəaliyyətinə xitam verilib”.

Median.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.

Sədr müavini qeyd edib ki, ötən ildə Komitə tərəfindən müsahibələrdən uğurla keçən 137 nəfərin (35 qadın və 102 kişi) məscid və ziyarətgahlara imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələrinə təyin olunub. Həmçinin 29 nəfər din xadiminin rotasiya qaydasında vəzifəsi və iş yerlərinin dəyişdirildiyini deyib.

G.İsmayılov vurğulayıb ki, ötən il Komitədə iki dini icma dövlət qeydiyyatından keçib. Fəaliyyət göstərən 995 dini qurumdan 958-i islam, 37-si (xristian - 26; yəhudi - səkkiz; krişna - bir; bəhai - iki) qeyri-islam təmayüllü dini qurumlardır. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar iki müraciətə müsbət cavab verilib. Hazırda ölkədə 45 ixtisaslaşdırılmış satış məntəqəsi fəaliyyət göstərir.

2023-cü il ərzində idxalla bağlı Komitənin dinşünaslıq ekspertizasına daxil olan müraciətlərə diqqət çəkən G.İsmayılov əlavə edib ki, 4875 adda dini məzmunlu ədəbiyyat ekspertizadan keçirilib. 938 adda (730,339 ədəd) dini təyinatlı ədəbiyyata isə nəzarət markaları verilib.

Son xəbərlər