Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Dubayda qaradərili uşaqla şəkil çəkdirən 2 azərbaycanlı - Həbs olunub

29.01.2024 13:24 2 058
Dubayda qaradərili uşaqla şəkil çəkdirən 2 azərbaycanlı - Həbs olunub
Dubaya gəzməyə gedən iki Azərbaycan vətəndaşı orada qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün həbs edilib.

Median.Az xəbər verir ki, bu barədə həbs olunan şəxslərin dostlarından biri anews.az-a açıqlamasında bildirib.

O, iki aydır dostlardan xəbər ala bilmədiklərini deyib: “Dostumuz Cəlilov Emin Bəhman oğlu iki ay öncə üç dostu ilə birgə Dubaya gəzməyə gedib. Elə həmin gün də geri qayıtmalı idilər. Orada ticarət mərkəzlərinin birində qaradərili uşaqla anasından icazə almadan foto çəkdiriblər. Nəticədə uşağın anası şikayətçi olub. Buna görə də gəzməyə gedən iki dostu həbs etmək qərarı verilib. Emin bəyin anası yaşlıdır və övladından xəbər ala bilmir. Aidiyyəti qurumların dəstəyinə ehtiyacımız var”.

Məlumata görə, həmin şəxslər qeyri-etik ifadələr işlədərək qarşı tərəfə “neqr” deyiblər. 

Mövzu ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ Azərbaycanın Dubaydakı Baş konsulluğunun nəzarətindədir. Müvafiq dəstək göstərilir. Əlavə məlumat olacağı təqdirdə açıqlanacaq. 

Hüquqşünas Fariz Namazlının sözlərinə görə, azərbaycanlıların həbs olunması Birləşmiş Ərəb Əmirliklərinin qanunları ilə tənzimlənir: “Bizim oradakı səfirliyimizin məsələyə qarışmaq kimi səlahiyyəti var. Azərbaycanlıların müdafiə olunması üçün tədbirlər həyata keçirə bilər. Onların vəkillə təmin olunmasına dəstək göstərə bilər”.

Vəkil, həmçinin vurğulayıb ki, hər iki ölkə arasında “cinayət törətmiş şəxsin verilməsi haqqında” müqavilə varsa, o müqavilə əsasında vətəndaşların Azərbaycana göndərilməsi təmin oluna bilər.

Son xəbərlər