Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan prezidentinə Paşinyanla görüşə icazə verilməyib

27.01.2024 20:12 1 650
Gürcüstan prezidentinə Paşinyanla görüşə icazə verilməyib
Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək imkanı verilməməsindən təəssüfləndiyini bildirib.

Bu barədə Zurabişvili feysbuk hesabında məlumat yayıb.

“Gürcüstan Prezidenti Ermənistan Respublikasının baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin prezidentə Gürcüstana səfər edən dost ölkələrin liderləri ilə görüşmək və onlara lazımi qonaqpərvərlik göstərmək imkanı verilməməsindən təəssüflənir”, - deyə o qeyd edib.

Gürcüstan prezidenti həmçinin ölkəyə yüksək səviyyəli səfərlər, görüşlər və ya planlaşdırılan tədbirlər barədə müvafiq idarənin ona məlumat verməməsindən də təəssüfləndiyini bildirib.

Paşinyan cümə günü Tbilisiyə işgüzar səfərə gəlib. O, artıq Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə danışıqlar aparıb. Daha sonra tərəflər Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclasını keçiriblər. Danışıqlar nəticəsində Gürcüstanla Ermənistan arasında strateji əlaqələrin qurulacağı açıqlanıb.скачать dle 11.3
Mojo.az Banner