Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyev Mövlut Çavuşoğlu və Fəxrəddin Altuna Azərbaycana dəstəyə görə təşəkkür edib

26.01.2024 21:29 1 587
Hikmət Hacıyev Mövlut Çavuşoğlu və Fəxrəddin Altuna Azərbaycana dəstəyə görə təşəkkür edib
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının tutduğu qərəzli mövqe fonunda müdafiə edən Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna təşəkkür edib.

“Report”un məlumatına görə, H.Hacıyev X hesabında hər birinə ayrı-ayrılıqda müraciət edərək onların birmənalı mövqe tutduqlarını vurğulayıb.

Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya müraciət edən Hikmət Hacıyev yazıb:

"Dəyərli Mevlüt bəy PACE-də Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”.

Bundan başqa H.Hacıyev X hesabında Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altuna xitabən “Dəyərli və əziz Qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz”, - yazıb.скачать dle 11.3
Mojo.az Banner