Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

Gəncədə şagirdi məktəbin önündə bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB (FOTO)

23.01.2024 12:10 4 137
Gəncədə şagirdi məktəbin önündə bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB (FOTO)
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, məlumatla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçiriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

* * * * *

Gəncədə bıçaqlanaraq qətlə yetirilən 11-ci sinif şagirdi Raul Rəhimovun dərsə davamiyyəti yaxşı olub.


“Report”un Qərb bürosunun məlumatına görə, o, səhər saatlarında dərsə gedən zaman məktəbin qarşısında bir bıçaq zərbəsi ilə ağır xəsarət alıb.

Məktəbli ağır halda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlərin göstərdikləri yardımlara baxmayaraq, o ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Fərid adlı şəxsin yaxınlarından biri 8 nömrəli məktəbin əməkdaşı olub, sonradan yaşla əlaqədar işindən çıxıb. Hadisəni törədən şəxsin digər məktəblərdən birində oxuduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidməti sözügedən hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, Gəncədə məktəbin önündə şagirdin bıçaqlanması faktı ilə əlaqədar cinayət işi açılıb:

“Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək”.

* * * * *

Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov təhsil müəssisəsinin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





скачать dle 11.3
Mojo.az Banner