Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Fəryad”ın “Aşot”u - Arvadı evdən qovdu, hepatitə yoluxdu, qocalar evində öldü - VİDEO

22.01.2024 22:55 1 824
“Fəryad”ın “Aşot”u - Arvadı evdən qovdu, hepatitə yoluxdu, qocalar evində öldü - VİDEO
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki buraxılışında mərhum aktyor Fikrət Məmmədovdan bəhs olunub.

O, 1956-cı ilin yanvarın birində dünyaya gəlib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olub.

Azərbaycanın tanınmış bəstəkarı və tarzəni Ağası Məşədibəyovun nəvəsidir. Kinostudiyada Fikrəti həmişə “Fika” deyə çağırıblar. Ən yaddaqalan obrazı isə “Fəryad” filmindəki “Aşot” olub.

Ailə həyatı uğursuz olan Fikrət Məmmədov həyat yoldaşı tərəfindən evdən qovulub. Verilişlərin birində qonaq olan aktyor deyirdi:

“Həyat yoldaşım məni evə buraxmır. Ev mənim adıma olsa da, 15 ildir ki, küçələrdəyəm. İndi skamyada yatıram, qonşular yemək verir. Qəzaya düşmüşəm, çənəmi sındırmışam. Hər şey cəhənnəm, dişlərimi itirmişəm, səhnəyə çıxmağa utanıram”.

Səhhətində ciddi problemlər yaranan aktyor Hepatit virusuna da yoluxur. O, bir müddət bir saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunur. Xəstəxanadan maddi durumu yetərli olmadığı və lazımi dərmanları ala bilmədiyi üçün çıxmalı olur.

Bronxial astma xəstəliyindən də əziyyət çəkən aktyor 2021-ci il aprelin 5-də (65 yaşında) ömrünün son illərini yaşadığı Bilgəhdə yerləşən “Qocalar evi”ndə vəfat edib.

Ətraflı süjetdə:

Son xəbərlər