Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Vətəndaşlarda olan qanunsuz silah-sursatlar könüllü təhvil verilir - FOTO

19.01.2024 22:33 1 407
Vətəndaşlarda olan qanunsuz silah-sursatlar könüllü təhvil verilir - FOTO
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən növbəti profilaktik tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı dörd ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Salyan rayon sakini əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Vahid Əliyev Keşlə stansiyasının ərazisində saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun üzərinə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. V.Əliyev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.


Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Binə qəsəbəsində keçirilən növbəti tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rəşad Həsənov saxlanılıb. Ondan 1 ədəd “Naqan” tipli tapança aşkar olunaraq götürülüb. Araşdırmalar davam etdirilir.

Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə 5 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.


Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini tapdıqları 2 “Kalaşnikov” markalı avtomatı və həmin silaha məxsus 2 darağı könüllü olaraq təhvil veriblər.
Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər