Mojo.az Banner
20:13 Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi  |     20:05 "Bakı trasında sürmək hər zaman əladır" - Lyuis Hemilton  |     20:00 Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi  |     19:54 Sabiq prorektor vəfat edib  |     19:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlandı  |     19:40 "Şəfa" Tiaqo Silvanı transfer etdi  |     19:35 Bloger Sevinc Hüseynova təqsirləndirilən şəxs qismində cəlb olundu  |     19:27 Bu marşrutların hərəkət sxemi dəyişdirildi  |     19:14 Əli Kərimlinin cinayət işi üzrə istintaq bitdi  |     19:09 Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi  |     19:02 Bakıda əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)  |     18:57 Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkildi - VİDEO  |     18:50 Vəzir Həsənovun İdarəsində yoxlama aparıldı - Bu şəxslər cəzalandırıldı  |     18:42 Bir ayda 8 milyard manatdan çox nağdsız ödənişlər edilib  |     18:37 600-dən yüksək bal toplayanların NƏZƏRİNƏ!  |     18:30 Naxçıvanda maşın yolu keçən qadını vurdu  |     18:24 "Ay Xalı" şirkətindən ŞİKAYƏT - VİDEO  |     18:15 Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqlənlərin sayı açıqlandı  |     18:10 "TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu  |     18:03 “Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının mərkəzində bu restoranın fəaliyyəti dayandırıldı

12.01.2024 12:14 1 350
Bakının mərkəzində bu restoranın fəaliyyəti dayandırıldı
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 17 ünvanında yerləşən "Al Divan" restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları yararsız vəziyyətdədir;

- yaşayış binasının qeyri-yaşayış sahəsində - restoranın daxilində təbii qazla işləyən kombi qurğusundan istifadə olunur;

- obyektin arxa hissəsində layihədənkənar yüngül konstruksiyadan ibarət əlavə artırma işləri aparılıb, artırılmış sahədə 1 ədəd odunla işləyən təndir qurğusu quraşdırılıb;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektin daxilinə çəkilmiş elektrik xətlərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- mətbəxdə quraşdırılmış tüstü borusu yanar tozlardan, yağ qalıqları və istehsalat tullantılarından təmizlənməyib;

- obyektdə təxliyə planı mövcud deyil;

- yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 17 ünvanında yerləşən "Al Divan" restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib, həmçinin artırma hissədəki təndir sökülərək kənarlaşdırılıb.скачать dle 11.3
Mojo.az Banner