Mojo.az Banner
20:46 Bakıda 1 milyonluq dələduzluq edən avtosalon rəhbərləri ilə bağlı qərar  |     20:41 100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     20:35 Azərbaycanda həkim vəfat etdi  |     20:29 Sabunçuda qadın öldürüldü - Əri saxlanıldı  |     20:23 Sabah Bakıda yağış yağacaq  |     20:18 Azad edilmiş ərazilərdə daha 237 mina aşkarlandı  |     20:09 Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO  |     20:02 Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış etdi  |     19:56 Bakıda avtobuslarla sərnişindaşıma artıb  |     19:51 Göygöldə qanunsuz tikili sökülüb - VİDEO  |     19:43 Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu  |     19:38 Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var  |     19:30 Türkiyə Azərbaycan helikopterləri üçün yeni pulemyotlar verəcək  |     19:24 Bir qrup ukraynalı uşaq reabilitasiya keçmək üçün Azərbaycana gətirilib  |     19:15 13 yaşlı oğlan faciəli şəkildə öldü  |     19:10 Bakıda hazırda hansı yollarda sıxlıq var? - SİYAHI  |     19:03 Kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI  |     17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Əli Əsədov UNICEF-in regional direktoru ilə görüşüb

11.01.2024 19:17 1 500
Əli Əsədov UNICEF-in regional direktoru ilə görüşüb
Yanvarın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, UNICEF-in Cenevrədəki BMT ofisində Nümayəndəsi və Avropada Qaçqınlar və Miqrant məsələləri üzə xüsusi koordinatoru Recina De Dominişislə görüşüb.

Hökumətdən verilən xəbərə görə, görüşdə Azərbaycanın BMT və onun ayrı-ayrı təsisatları ilə tərəfdaşlığa böyük önəm verdiyi və bu baxımdan UNICEF ilə əməkdaşlığın xüsusi önəm kəsb etdiyi bildirilib.

Azərbaycanla BMT-nin Uşaq Fondu arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edən səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulanıb.

Azərbaycanda uşaqların müdafiəsinin və uşaq hüquqlarının təmin olunmasının diqqət mərkəzində olduğu bildirilərək ötən dövrdə ölkəmizin BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası daxil olmaqla bir sıra beynəlxalq sənədlərə qoşulduğu vurğulanıb.

Bildirilib ki, 2020-ci ildə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və bu çərçivədə 5 illik Fəaliyyət Planı qəbul edilmişdir.

Eyni zamanda Azərbaycanda sağlamlıq imkanları məhdud, eləcə də həssas təbəqədən olan uşaqlara dövlət tərəfindən böyük qayğı göstərildiyi vurğulanıb.

Görüşdə həmçinin keçmiş münaqişədən əziyyət çəkmiş uşaqlara yardım, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə, cari ildə Azərbaycanda keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində uşaq hüquqlarının qorunması və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.скачать dle 11.3
Mojo.az Banner