Mojo.az Banner
22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |    
Mojo.az Avto
Mojo.az Avto

Aybəniz Haşımovadan SENSASİON AÇIQLAMALAR: “Səhhətimdə problem yaranıb deyə 15 günlük...”

28.12.2023 22:13 2 613
Aybəniz Haşımovadan SENSASİON AÇIQLAMALAR: “Səhhətimdə problem yaranıb deyə 15 günlük...”
"Bilirsiniz ki, uzun illərdir gənclərlə çalışıram. Mən onların inkişafı üçün əlimdən gələn bütün səyləri əsirgəməməyə çalışıram. Aybəniz Haşımova adına İncəsənət filarmoniyası ideyası məhz oradan doğdu".

Median.Az
xəbər verir ki, bu fikirləri musavat.com-a açıqlamasında Əməkdar artist Aybəniz Haşımova bildirib.

Əməkdar artist adını daşıyacaq İncəsənət filarmoniyasından danışıb:

"İstəyirəm ki, tələbələrim bizim məktəbi - sənət akademiyasını bitirəndən sonra öz yaradıcılıqlarını məhz filarmoniyamızda davam etdirsinlər və musiqimizə xidmət etsinlər. Ağaverdi Paşayevlə birgə hazırladığımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası məhz o gənclərimizin ifasında inşallah Yeni ildən sonra təqdim olunacaq. Artıq bir neçə müddətdir məşqlər gedir. Demək olar ki, operatta hazırdır. Sadəcə səhhətimdə bir az problem yaranıb deyə təxminən 15 günlük dayanmışam. Yeni ildən sonra gənclərimizin uğurlarını görəcəksiniz".

Aybəniz Haşımova filarmoniyanın məkanından da söz açıb:

"Hələ ki, yer seçilməyib. Lakin biz bunun üzərində çalışırıq. İlk növbədə binanın daxilində sənət inkişaf etməlidir. Bakının müxtəlif gözəl binaları var ki, hər birində biz bu əsəri təhvil verə bilərik. Biz ilk növbədə əsəri təhvil verməyə çalışırıq. Binanın yeri təyin olunanda, açılışı olanda bundan mütləq xəbər tutacaqsınız".

Əməkdar artist Yeni il diləklərini də çatdırıb:

"Sizin qarşıdan gələn Yeni ilinizi təbrik edirəm. Sizə ilk növbədə can sağlığı, uzun ömür arzu edirəm. Arzu edirəm ki, bu Yeni ildə bütün gözəl arzularınıza çatasınız".

"Yeni Müsavat" Media Qrupu olaraq biz də Əməkdar artist Aybəniz Haşımovanı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik.скачать dle 11.3
Mojo.az Banner