Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda 15 yaşlı gənc xəstəxanada ölüb

23.12.2023 15:23 1 743
Lənkəranda 15 yaşlı gənc xəstəxanada ölüb
Lənkəranda 15 yaşlı gənc xəstəxanada ölüb.

Median.Az
report-a istinadən xəbər verir ki, ötən gecə rayonun Osakücə kənd sakini 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Açil şöbəsinə yerləşdirilib.

Ona dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyularaq reanimasiya şöbəsinə keçirilib. Lakin M.Nəcəfov bu gün xəstəxanada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Fakt üzrə araşdırma başlanılıb.

Son xəbərlər