Mojo.az Banner
SON DƏQİQƏ
21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

CNN Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş məqalə dərc edib

23.12.2023 13:26 2 172
CNN Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş məqalə dərc edib
“Bəziləri üçün ürək haradadırsa, ev də oradadır. Amma Azərbaycanda belə deyirlər: “Xalçam haradadırsa, mən də, evim də oradayıq”.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalının Azərbaycan xalçaçılıq sənətinə həsr etdiyi “Azərbaycan: Xalçanın incəsənətin ən yüksək səviyyəsi olduğu gözəl ölkə” sərlövhəli məqaləsində deyilir.

Məqalə müəllifi qeyd edib ki, Azərbaycanda xalça sevgisi sarsılmazdır - bu, tunc dövründən onun mədəni DNT-sinə həkk olunmuş və o vaxtdan bəri davam edən yüksək ehtiramlı sənət növüdür: “Bu gün xalçalar gündəlik həyatın ayrılmaz hissəsidir”.

Müəllif yazıb ki, xalçaçılıq texnikası nəsildən-nəslə ötürülür və hər bir xalça özünəməxsus hekayəsini danışa bilər:

“Bu, elə bir bədii fenomendir ki, 2010-cu ildə YUNESKO ənənəvi Azərbaycan xalçaçılıq sənətini Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edib. Ölkənin paytaxtı Bakıda hamı tərəfindən sevilən xalçanın ən parlaq təcəssümü qızılı həndəsi naxışla bəzədilmiş, yarım yuvarlanmış nəhəng xalçaya bənzəyən bina şəklində təqdim olunur”.

Məqalədə Azərbaycanın xalçaçılıq tarixindən də bəhs edilir. Müəllif qeyd edib ki, bəzilərinin X əsrə aid hesab etdiyi və beləliklə, türk ədəbiyyatının günümüzə qədər gəlib çatmış ən qədim əsərlərindən biri olan “Kitabi-Dədə Qorqud” kitabında Azərbaycan xalçaları yüksək qiymətləndirilib:

“X əsrdə yaşamış ərəb səyyahı Əl-Müqəddəsinin Azərbaycana səfər edib və “onların xalçalarının dünyada tayı-bərabəri yoxdur” deyib. Hətta qədim yunan tarixçiləri Herodot və Ksenofont, məşhur italyan səyyahı və yazıçısı Marko Polo da öz əsərlərində Azərbaycan xalçasının əhəmiyyətindən yazıblar”.

Bu gün xalçaçılığın qorunub saxlanması Azərbaycan üçün o qədər önəmlidir ki, ölkənin bəzi universitet və kolleclərində bu sənət öyrədilir: “Məsələn, Bakıdakı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dekorativ-tətbiqi sənət (xalçaçılıq, toxuculuq) ixtisası üzrə bakalavr təhsili verilir”.

Ölkənin hər yerində turistlər üçün xalçaçılıq emalatxanaları, o cümlədən Azərbaycanın Quba rayonunda “Qədim Quba” məkanı var.

Müəllif əminliklə qeyd edib ki, xalçalar gələcək nəsillər üçün də Azərbaycan mədəniyyətinin özəyinə möhkəm toxunaraq qalacaq.скачать dle 11.3

Son xəbərlər