Dünya Bankı Azərbaycanda iki dövlət şirkətində qadınların rolunun artırılması üzrə tövsiyələr hazırlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:58 Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     20:51 1 dollar 2 manat 50 qəpikdir? - RƏSMİ AÇIQLAMA  |     20:48 Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri deportasiya edilir  |     20:31 İstanbulda məşhur hotellər söküləcək  |     19:54 Tələbələrin köçürülməsi prosesinə start verildi  |     19:48 Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər  |     19:36 Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     19:30 "İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı  |     19:17 Tofiq Bəhramov adına Respublika stadionu ESSMA-ya rəsmi olaraq üzv qəbul edilib  |     19:13 Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?  |     19:02 Tofiq Musayev yenə UFC-də döyüşəcək - tarix açıqlandı  |     19:00 "Lion"un aşağı liqaya düşmə qərarı ləğv edilib  |     18:33 Rusiya Azərbaycanın iki müəssisəsinin süd məhsullarının idxalına qadağa qoydu  |     18:15 Naxçıvan üzrə iyul ayının pensiyaları ödənilib  |     18:13 Yekaterinburqda həbs edilən azərbaycanlılar avtomobili yandırmaqda şübhəli bilinirlər - Video  |     18:07 Bakıda iş adamının iki villası qarət edildi: Yarım milyon manatdan artıq oğurluq  |     18:06 Hindistandan Rusiyaya bir milyon əmək miqrantı köçəcək  |     17:20 "Sumqayıt" azarkeşlərinə ŞAD XƏBƏR  |     16:50 Hacıqabul şəhərinin bir hissəsi QAZSIZ QALACAQ  |     16:35 Rusiya ordusu Donetsk vilayətində yaşayış məntəqəsini işğal etdi  |    

Dünya Bankı Azərbaycanda iki dövlət şirkətində qadınların rolunun artırılması üzrə tövsiyələr hazırlayıb

Dünya Bankı “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də qadınların rolu ilə bağlı araşdırma apararaq, tövsiyələrini hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə Bankın Azərbaycan ofisinin proqram koordinatoru Leyla Tağıyeva deyib.

O bildirib ki, hər iki qurumun bu məsələyə münasibəti müsbətdir və qadınların iştirakını artırmaq üçün müəyyən işlər görülür: “Biz burada işçi qüvvəsinə, qadınlarla bağlı insan resurslarının siyasətinə, bir sıra prosedurlara və qadınların sayına baxdıq. Həmçinin işə qəbul və işdə saxlanma prosedurlarına, karyeranın inkişafı, liderlik mövzularına nəzər yetirdik. Bu istiqamətdə təhlillər apardıq”.

L.Tağıyeva qeyd edib ki, təhlillər bir neçə istiqamətdə aparılıb: “İlk olaraq rəsmi sənədlərə baxıldı, son üç ilin təhlili aparıldı. Qadınların aldığı əməkhaqqı, onların çalışdığı sahələrdə roluna da diqqət yetirilməlidir. Ümumiyyətlə, qadınların say baxımından vəziyyətinin yaxşı olduğu deyilən şirkətlərdə ilk əvvəl onların vəzifə və maaşına baxılmalıdır. Çünki həmin şirkətlərdə qadınlar təmizləyici və bu tip işlərdə çalışa bilər. Bu zaman sayın bərabər və ya çox olması o dərəcədə əhəmiyyət kəsb etmir. Bundan əlavə qadınlar üçün şirkətlər tərəfindən infrastruktur da uyğun olmalıdır”.

“Azərbaycan Dəmir Yolları” və Bakı Limanında qadınlar üçün xüsusi güzəştlərin tətbiq edildiyini bildirən Dünya Bankının nümayəndəsi diqqətə çatdırıb ki, burada analar, yeni övladı olmuş valideynlər üçün müəyyən güzəştlər var: “Bakı Limanında çalışan qadınların sayı son 3 ildə 20 % artıb. Hazırda Bakı Limanında 617 şəxs çalışır və 20 % artımdan qadınların sayı 51-ə çatıb. “Azərbaycan Dəmir Yolları”nın isə 15 000-ə yaxın əməkdaşı var ki, təbii olaraq qadınların sayı digərlərinə nisbətdə daha çoxdur. Hazırda hər iki şirkət rəhbər vəzifələrdə və texniki fəaliyyətlərdə qadınların sayının artırılması ilə bağlı hədəfləri müəyyən etmək üçün düşünür. Daha bir məsələ isə kommunikasiya strategiyasına diqqət yetirilməsidir. Həm şirkət daxilində, həm də kənarda dəmir yollarının obrazı kişilərlə əlaqəli olub. Amma indi fotolarda qadınların da olduğunu görürük ki, bu da müsbət hal kimi dəyərləndirilir”.

Şirkətlərin qadınlar barədə siyasətinə toxunan L. Tağıyeva deyib: “Qurumların gender bərabərliyi üzrə rəsmi siyasəti olmalıdır. Bu siyasət şirkətdə çalışanların məlumatlandırılması üçün çox vacibdir. Şirkətlərdə qadınların fəaliyyəti ilə bağlı hesabatlılıq olmalıdır. Hazırda bir çox şirkət könüllü olaraq bu barədə məlumatlar toplayır, lakin bununla bağlı heç bir hesabat vermirlər. Həmçinin cəmiyyətdə qadınların iş həyatı ilə bağlı təlimlərə çox ehtiyac var. Qadınların çalışması ilə bağlı stereotiplər var. Bu məsələdə yalnız şirkət rəhbərinin maarifləndirilməsi kifayət etmir, şirkətdə çalışan hər kəs bu istiqamətdə məlumatlandırılmalıdır. Məsələn maşinistdən niyə maşinist qadınların olmadığını soruşanda bu işin çox məsuliyyətli olduğunu deyir. Bizim cərrah qadınlarımızın olduğunu nəzərə alsaq artıq cəmiyyətdə qadınların məsuliyyət götürdüyünü görə bilərik”.

Onun fikrincə, ən önəmli məsələlərdən biri isə şirkətlərdə qadınların qısnamaya məruz qalmasıdır: “Azərbaycanda dövlət şirkətlərində bunlara rast gəlinməsə də, özəl şirkətlərin az qismində bu cür hallar olur. Bununla bağlı xüsusi mexanizm yaradılmalıdır. Hazırda heç bir şirkətdə belə bir mexanizm yoxdur. Bir qadın şirkətdə qısnamaya məruz qalarsa, müraciət edə biləcəyi yer ya insan resursları bölməsinədir, ya da yoxdur. Ancaq insan resurslarına müraciət edilməsi də düzgün yanaşma deyil. Qadınlar üçün anonim müraciət edə biləcəyi, kömək alacağı və şirkətin dəstəyini görə biləcəyi yer, rəsmi bir siyasət olmalıdır”.

Dünya Bankının nümayəndəsi vurğulayıb ki, gələcəkdə ali təhsil müəssisələrində və peşə məktəblərində qadınların maarifləndirilməsi, karyerada inkişaf üçün yol göstərilməsi istiqamətində fəaliyyət göstərmək nəzərdə tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 944 22.12.23 19:42