Mojo.az Banner
16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

“Reuters”: Qəzza zolağında epidemiyanın yayılması riski var

14.12.2023 17:41 1 182
“Reuters”: Qəzza zolağında epidemiyanın yayılması riski var
Təmiz su, qida və sığınacaq çatışmazlığı Qəzza zolağının əhalisi arasında yoluxucu xəstəliklərin yayılması riskini artırır.

Bu barədə “Reuters” agentliyi 10 həkim və yardım işçisinə istinadən məlumat yayıb.

“Qəzza zolağında xəstəliklərin yayılması üçün ideal mühit yaranıb. İndi söhbət bunun nəticələrinin nə qədər ciddi olacağından gedir”, - deyə BMT-nin Uşaq Fondunun nümayəndəsi Ceyms Elder agentliyə şərhində bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, noyabrın 29-dan dekabrın 10-dək mədə-bağırsaq xəstəlikləri əlamətləri olan beş yaşadək uşaqların sayı 66% artaraq 59 895-ə çatıb. Anklavın qalan əhalisi üçün bu göstərici 55% təşkil edib.

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki “Naser” xəstəxanasının pediatriya şöbəsinin müdiri Əhməd əl-Farra agentliyə bildirib ki, onun şöbəsi ağır susuzluqdan əziyyət çəkən uşaqlarla doludur. Bəzi uşaqlarda bu böyrək çatışmazlığına səbəb olub və ishal halları dörd dəfə artıb.

Əl-Farranın sözlərinə görə, son iki həftə ərzində şəhərdə 15-30 hepatit A virusuna yoluxma faktı qeydə alınıb.

“Virusun inkubasiya müddəti üç həftədən bir aya qədərdir, ona görə də bir aydan sonra hepatit A-ya yoluxma hallarının sayında partlayış baş verəcək”, - deyə o vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner