Mojo.az Banner
21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Füzulinin işğaldan azad edilmiş iki kəndi qazlaşdırılır

06.12.2023 20:38 1 977
Füzulinin işğaldan azad edilmiş iki kəndi qazlaşdırılır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi tərəfindən işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası və yenidən qurulması istiqamətində hərtərəfli işlər görülür.

Görülən işlərin davamı olaraq Füzuli rayonunun Dövlətyarlı və Dədəli kəndlərinin təbii qazla təmin edilməsi üçün daşıyıcı qaz kəmərlərinin tikintisi işləri aparılır.

Dövlətyarlı kəndinin daşıyıcı qaz kəmərinin tikintisi üçün ümumi uzunluğu 4 050 metrədək müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunur. Diametri 325 mm olan xüsusi izolyasiya olunmuş polad boru kəməri Quruçay çayının aşağı hissəsindən keçiriləcək, digər daşıyıcı kəmərə birləşdiriləcək.

Dədəli kəndinə də daşıyıcı qaz kəmərinin çəkilişi işləri icra olunur. İlk olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən kəmərin keçəcəyi dəhliz boyunca ərazilər minalardan təmizlənib, daha sonra qaz kəmərinin çəkilişi işlərinə başlanılıb.
Kəndə daşıyıcı qaz kəmərinin çəkilişi üçün ümumi uzunluğu 14 500 metrədək müxtəlif diametrli polietilen borulardan istifadə olunub ki, artıq işlərin yaxın günlərdə tamamilə yekunlaşacağı nəzərdə tutulub.скачать dle 11.3
Mojo.az Banner