Mojo.az Banner
12:29 Azərbaycan neftinin qiyməti 18 İLİN REKORDUNA YAXINLAŞIR  |     12:23 "ChatGPT" ekstremizmlə mübarizədə yeni addım atır  |     12:21 İranda körpüyə endirilən zərbə nəticəsində ölənlərin sayı artıb  |     12:17 Qaxda məktəbin liseyə çevrilməsi narazılığa səbəb olub - Video  |     12:11 Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər SAXLANILDILAR  |     11:48 Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB  |     11:32 Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ olacaq - QƏRAR  |     11:21 Valideynlərə ciddi xəbərdarlıq: Cəza üsulu uşaqların psixologiyasını məhv edə bilər  |     11:19 Əbülfəzl Şəkərçi: "ABŞ İranla münaqişədən ləyaqətli bir çıxış axtarır"  |     11:16 Paytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - Video  |     11:06 Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ  |     23:01 SEPAH "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirdi  |     22:55 Dünya çempionatından kənarda qalacaq ulduzlar (SİYAHI)  |     22:46 “Vəkiləm” deyib aldatdı – polis saxladı  |     22:39 Gürcüstanda azərbaycanlı gənc qətlə yetirildi  |     22:31 Salyanda yaşayış evi yandı  |     22:26 Donald Tramp öz tərəfdarlarını Bryus Sprinqstinin konsertlərini boykot etməyə çağırdı - FOTO  |     22:20 Azərbaycanda 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır  |     22:13 ABŞ-da itkin düşən qız 32 il sonra sağ tapıldı  |     22:08 Azərbaycanın "Avroviziya"da çıxış nömrəsi açıqlandı  |    
Left Banner
Right Banner

Səhiyyə Nazirliyi: “10 yaşa qədər uşaqlar tez bir zamanda qızılca peyvəndinin 2-ci dozasını almalıdırlar”

05.12.2023 12:40 2 787
Səhiyyə Nazirliyi: “10 yaşa qədər uşaqlar tez bir zamanda qızılca peyvəndinin 2-ci dozasını almalıdırlar”
2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.

Valideynlər uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar iki dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.

Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.

Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur.скачать dle 11.3
Mojo.az Banner