Mojo.az Banner
17:09 Müəllimləri hansı böyük dəyişikliklər gözləyir? – təhsillə bağlı diqqətçəkən AÇIQLAMA  |     17:01 Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir  |     16:51 Azərbaycanda əlavə iş yerləri yaradılacaq  |     16:27 Mingəçevirdə qadın bıçaqlandı - Əri tutuldu  |     16:26 Gürcüstanda azərbaycanlı qətlə yetirildi  |     16:13 Abşeronda yaşayış binasında partlayışa dezodorant səbəb olubmuş - Təfərrüat - Video  |     16:05 Alim Qasımovla Pünhan Piriyev arasında 15 minlik qalmaqal  |     16:04 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır  |     15:48 Qızılın qiyməti bu qədər ucuzlaşdı – Şad XƏBƏR  |     15:46 Rusiyada vəba siqnalı: Azərbaycana keçə bilərmi? — Nələri bilməliyik?  |     15:28 Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı  |     13:50 Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı  |     13:41 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb  |     13:36 1 saatlıq bilet al, həm metroya min, həm avtobusa – Yeni təklif  |     13:18 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı  |     13:17 İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?  |     12:52 Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü  |     12:27 Azərbaycanda bir kəndi su basıb  |     12:10 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir  |     12:06 “Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE  |    
Mojo.az Avto
Mojo.az Avto

Azad olunan ərazilərdə minalarla çirkləndirilmiş sahələrin həcmi açıqlanıb

04.12.2023 11:29 2 910
Azad olunan ərazilərdə minalarla çirkləndirilmiş sahələrin həcmi açıqlanıb
“Azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirklənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 900-ə yaxın yaşayış məntəqəsi sökülərək daşınıb.

“Minalarla yanaşı, sürpriz tələlərdən, partlayıcı qurğulardan istifadə olunub. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da Azərbaycan ərazisindən tapılıb, bunlar erməni qanunsuz birləşmələri tərəfindən əraziyə daşınıb. Çaylar, su quyuları da partlayıcı qurğularla çirkləndirilib, bu isə gələcəkdə kənd təsərrüfatının inkişafına mane olacaq. Azərbaycana verilən mina xəritələrinin 25 faizdən də az dəqiqliyi var, bu da bizim işimizi çox çətinləşdirir”, - deyə F.İsayev əlavə edib.скачать dle 11.3
Mojo.az Banner