Mojo.az — elanlar
Son Xəbərlər
20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda 11 məktəbə direktor təyin olundu

01.12.2023 16:04 1 410
Naxçıvanda 11 məktəbə direktor təyin olundu
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul haqqında müvəqqəti Qaydalar”a uyğun olaraq ilk dəfə ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən verilən məlumata görə, direktor vəzifəsi üzrə namizədlərin müəyyən olunması iki formada təşkil edilib:

- Yerdəyişmə qaydalarına uyğun olaraq hazırda direktor, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrində çalışan namizədlərin müsahibəyə cəlb edilməsi,

- Məktəbin növbədənkənar pedaqoji şura iclasında pedaqoji heyətin rəyi əsasında seçilən 2-3 namizədin müsahibəyə cəlb edilməsi.

Namizədlər yaradılmış komissiya tərəfindən qanunvericilik üzrə nəzəri, peşə üzrə texniki biliklər və idarəetmə bacarıqları olmaqla müsahibə ediliblər. Müsahibədə ümumilikdə 25 vakant yer üçün 55 namizəd iştirak edib.

Namizədlər 5 ballıq sistemlə qiymətləndirilib və yekun orta balı 2,5 və daha yüksək olan namizədlər vəzifəyə uyğun hesab ediliblər. Ümumilikdə müsahibənin nəticəsinə uyğun olaraq 11 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyinat alıb.

Direktor təyin olunan məktəblər:

Heydər Əliyev adına tam orta məktəb;

Naxçıvan şəhəri 5 nömrəli məktəb;

Naxçıvan şəhəri 7 nömrəli məktəb;

Naxçıvan şəhəri 17 nömrəli məktəb;

Şərur rayonu Qaraburc kənd tam orta məktəb;

Şərur rayonu Yuxarı Yaycı kənd tam orta məktəb;

Babək rayonu Qahab kənd tam orta məktəb;

Babək rayonu Göynük kənd tam orta məktəb;

Culfa rayonu Camaldın kənd tam orta məktəb;

Kəngərli rayonu Böyükdüz kənd tam orta məktəb;

Şahbuz rayonu Biçənək kənd tam orta məktəb.

Yeni təyin olunan direktorlarla dekabrın 1-də görüş keçirilib. Görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyinin media üzrə məsul şəxsi Günay Malikqızı və Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov yeni təyin olunan direktorları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Qaydalara əsasən, tədris ili ərzində vakant olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər