Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Federasiyadan maliyyə çətinliyi ilə üzləşən komandalarla bağlı AÇIQLAMA

25.11.2023 16:49 2 169
Federasiyadan maliyyə çətinliyi ilə üzləşən komandalarla bağlı AÇIQLAMA
Azərbaycan Voleybol Federasiyası (AVF) “Xarı Bülbül Şuşa” və “Xarı Bülbbül Laçın” komandalarının üzləşdiyi maliyyə çətinliyi ilə bağlı açıqlama ayıb.

AVF bu barədə rəsmi “Facebook” səhifəsi vasitəsi ilə paylaşım edib.

Qurum yaranmış vəziyyətlə əlaqədar komandalara dəstək olmaq üçün bütün imkanlarını səfərbər etdiyini vurğulayıb:

“Məlum olduğu kimi, müstəqil şəkildə fəaliyyət göstərən kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları Azərbaycan çempionatında, “Xarı Bülbül Şuşa” həm də Çelenc Kubokunda iştirak edir. Mövsümün əvvəlində klubların yerli və xarici voleybolçulardan ibarət heyətləri formalaşaraq, bütün xərclərin ödənməsi ilə bağlı sponsorlarla razılığa gəlinib.

“Xarıbülbül Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan Voleybol Federasiyası (AVF) qarşısında öhdəlik götürüb və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilib. Eyni zamanda klub Avropa Voleybol Konfederasiyasına müraciət edərək müvafiq qaydada sənədləri təqdim etməklə Çelenc Kubokunda öz iştirakını təsdiqləyib.

Daha sonra klubun maliyyə çətinliyi ilə üzləşməsinə dair AVF-yə şifahi məlumat daxil olub və bununla bağlı işçi heyəti və oyunçularla görüş keçirilib. Toplantı zamanı yaranmış maliyyə çətinliyi ilə əlaqədar müzakirələr aparılıb və klubun müvafiq sənədləri federasiyaya təqdim etməsindən sonra AVF tərəfindən bir aylıq maliyyə dəstəyinin göstəriləcəyi bildirilib.

Klub tərəfindən rəsmi sənədlər federasiyaya təqdim olunduqdan sonra AVF klubun ölkəmizi Çelenc Kubokunda təmsil etdiyini nəzərə alaraq, qısa zamanda “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının oyunçularının bir aylıq əməkhaqqını ödəyib”, - deyə açıqlamada bildirilib.скачать dle 11.3
Mojo.az Banner