Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Arvadını işlədiyi mağazanın qarşısında öldürən şəxs: “Bıçaq onun kürəyinə saplanmış vəziyyətdə qalmışdı”

22.11.2023 16:00 2 202
Arvadını işlədiyi mağazanın qarşısında öldürən şəxs: “Bıçaq onun kürəyinə saplanmış vəziyyətdə qalmışdı”
Masallının Təzə Alvadı kəndində yerləşən mağazanın qarşısında 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanı qətlə yetirən həyat yoldaşı, 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyevin məhkəmə ifadəsi məlum olub.

Pravda.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərib ki, arvadı Sədaqətlə əvvəllər aralarında münasibətləri yaxşı olub, qadın “Səlim market” adlanan ərzaq dükanında işləyib:

“Sonra Sədaqətin dükanda işləyən Cabbar və digər şəxslərlə sevgi münasibətləri olduğunu eşitdim. Onunla söhbət edərkən arvadım mənə reaksiya göstərməyib öz bildiyi kimi, hərəkətlər etdi. O, mənə qarşı hörmətsizlik etdiyindən aramızda tez-tez mübahisələr oldu. Dükan sahibi Akifin yanına gedərək Sədaqəti işdən çıxarmasını xahiş etdim, lakin o razı olmadı. Sədaqətin mənə soyuq münasibət göstərməsini xəyanət etməsi kimi düşündüm. Sonra onu öldürmək qərarına gəldim.

Gülağa Bəndəliyev deyib ki, hadisə günü - 2023-cü il mayın 7-də, səhər saat 7 radələrində evdə 100 qram spirtli içki qəbul edərək mətbəxdən bıçaq götürüb cibinə qoyub:

“Daha sonra Sədaqətin iş yerinə getdim. Onun piyada gəldiyindən və həmin vaxt ətrafda heç kimin olmamasından istifadə edərək qadına yaxınlaşdım. Sədaqət məni görüb qaçmaq istədi, lakin buna imkan verməyib onu arxadan tutaraq əlimdəki bıçaqla arvadıma kürəyindən bir neçə zərbə vurdum. Sədaqət qışqırıb müqavimət göstərmək istəyəndə yenidən bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Sonda onu dükanın qabağında yerə yıxdım, dayanmadan arvadıma çoxsaylı zərbə vurdum. Sədaqət yerdə hərəkətsiz halda qalarkən kimsə məni arxadan qucaqlayıb kənara çəkdi. Həmin vaxt əlimdəki bıçaq Sədaqətin kürəyinə saplanmış vəziyyətdə qalmışdı. Arvadım mənə xəyanət etməklə el arasında rüsvay etdiyi üçün onu öldürdüm. Əməlimdən peşmanam”.

Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, mərhum Sədaqət Səfərova onun bacısıdır, həmkəndlisi Gülağa Bəndəliyevlə ailə həyatı qurub, birgə nikahlarından uşaqları olmayıb:

“Onların arasında əvvəllər münasibətləri yaxşı olub, lakin Gülağanın spirtli içki qəbul edən zaman heç bir səbəb olmadan bacımı təhqir edib, incitdiyini və döydüyünü eşitdim. Hadisə günü Gülağanın Sədaqəti işlədiyi marketin qabağında bıçaqla çoxsaylı zərbə vuraraq onu xüsusi amansızlıqla öldürdüyünü eşidib, hadisə yerinə gəldim. Bacımın meyitini həmin yerdə gördüm. Sədaqət ərinə qarşı heç vaxt xəyanət etməyib, heç kimlə sevgi münasibəti olmayıb. Gülağa bacıma şər atmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq istəyir”.

O, sonda təqsirləndirilən şəxslə barışmadığını, onu bağışlamadığını söyləyib və Gülağaya ağır cəza verilməsini məhkəmədən xahiş edib.

Qeyd edək ki, hər iki şəxs daha əvvəl ailəli olub və bu, onların ikinci evliliyi olub. Belə ki, yetkinlik yaşına çatmış 4 övladı olan Gülağa Bəndəliyevin həyat yoldaşı 3 il əvvəl vəfat edib. Bundan sonra o, həyat yoldaşından boşanan Sədaqət Səfərova ilə evlənib. Onların arasında rəsmi nikah bağlanmasa da, Gülağa Bəndəliyevin evində birgə ər-arvad kimi yaşamağa başlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, Gülağa Bəndəliyevin son vaxtlar mütəmadi spirtli içki qəbul etməsi və digər səbəblərdən ailədə münasibətlər pisləşib, nəticədə Sədaqət Səfərova bir ay əvvəl onu tərk edib. Hadisə günü Gülağa Bəndəliyev səhər saatlarında işlədiyi mağazanın qapısını açarkən Sədaqət Səfərovaya hücum edib. 59 yaşlı kişi qadını bıçaqlayaraq qətlə yetirib. Daha sonra o, özünə də xəsarətlər yetirərək intihara cəhd edib.

Gülağa Bəndəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 18 il müddətinə həbs cəzası verilib.скачать dle 11.3
Mojo.az Banner