Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:51 Prezident Özbəkistanla iki sənədi təsdiqlədi | 15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb |
Mojo.az Avto
Mojo.az Avto

Zaxarova: “İrəvan sırf siyasi səbəblərə görə Roma statutunu ratifikasiya edib”

15.11.2023 22:31 2 445
Zaxarova: “İrəvan sırf siyasi səbəblərə görə Roma statutunu ratifikasiya edib”
Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu yalnız siyasi motivlərə əsaslanaraq ratifikasiya edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Nyus.ru" portalının jurnalistinin sualına cavab olaraq bildirib.

“Bütün xəbərdarlıqlara baxmayaraq, xüsusən də BCM vasitəsilə və ya BCM-dən istifadə etməklə Qərb tərəfindən ölkəmizin rəhbərliyinə və rəsmilərə qarşı həyata keçirilən bu anti-Rusiya siyasəti fonunda İrəvan sırf siyasi səbəblərdən ratifikasiya etmək (Roma statutunu – red.) qərarına gəldi”, - o deyib.

M.Zaxarova qeyd edib ki, ikitərəfli məsləhətləşmələr zamanı Rusiya tərəfi Roma statunu ratifikasiya etmədən BCM mexanizmlərindən istifadə yolunu tutmaq təkliflərini irəli sürüb, belə təcrübə də mövcuddur. “Təəssüf ki, təklif etdiyimiz kompromis həll yollarına məhəl qoyulmadı”, - diplomat bildirib.

XİN rəsmisi əlavə edib ki, İrəvan öz əlləri ilə yaratdığı problemlərin həllində maraqlıdırsa, o zaman Rusiya tərəfinin fikrincə, bunun  üçün Ermənistan hüquq sistemi çərçivəsində imkanlar var.

Son xəbərlər