Tarif Şurasına yeni səlahiyyət verilib
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilib:
“6. Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı işləri ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir”.