Ötən gün 50-dən çox silah-sursat polisə təhvil verilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, noyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 2 patron darağı, 33 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə dörd ov tüfəngi aşkar edilərək götürülüb.
