Bir milyona başa gələcək kitabla bağlı RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu gecə Mərdəkan və Şüvəlanda işıq olmayacaq  |     22:58 Qəbul imtahanının nəticələri elan olundu  |     22:52 Naxçıvan Konstitusiyasında nələr dəyişir? - TƏFƏRRÜAT  |     22:45 Ermənistan Rusiyaya nota verdi  |     22:40 Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır  |     22:31 70 ildən çoxdur istehsal olunur: ABŞ-da ən populyar avtomobil məlum oldu  |     22:24 Zərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir?  |     22:18 Cərimələrin 5 faizi polislərin sosial müdafiəsinə yönəldiləcək  |     22:10 Azərbaycanda ən çox əməkhaqqını bu peşə sahibləri alır - CƏDVƏL  |     22:03 Məhkəmədə gərgin anlar: İlhamə Elşadqızı hakimin sərt reaksiyası ilə üzləşdi  |     21:57 İranda internet tamamilə kəsilib  |     21:49 Bakıya suyun verilişi nə zaman bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA  |     21:44 İsrail qırıcıları İranın daxili təhlükəsizlik qərargahını məhv edib  |     21:36 İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib  |     21:30 Dünya çempionatı: Azərbaycanın olimpiya çempionu bürünc medal uğrunda görüşə çıxacaq  |     21:25 Bakıda 10 nəfərin partlayış nəticəsində öldüyü sexdə əksəriyyət qanunsuz işləyib - MƏHKƏMƏ  |     21:19 Ukraynanı tərk edən ölkə vətəndaşlarının sayı açıqlanıb  |     21:13 Qazaxıstan İrandan 109 vətəndaşını Azərbaycan və Türkmənistan vasitəsilə təxliyə edib  |     21:05 "Araz Supermarket"də qiymət fərqinə görə inzibati protokol tərtib edilib  |     20:59 Mütəxəssis yay günlərində uşaqların günvurmadan qorunması üçün valideynlərə müraciət edib  |    

Bir milyona başa gələcək kitabla bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə ötən gündən bəri “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitaba xərclənən məbləğlə bağlı məlumat yayılıb. Kitaba 1 178 672 manat məbləğində vəsaitin xərcləndiyini əks etdirən sənədlər paylaşılır.

Qeyd edək ki, məlumat sosial şəbəkələrdə sərt tənqidlərə səbəb olub. Bir milyona başa gələcək kitab əksər izləyicilərdə bir çox sual doğurub.

Qarabağ Dirçəliş Fondu yayılan məlumatlara elə sosial şəbəkə hesabında aydınlıq gətirib. Qeyd olunub ki, “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı layihə təkcə kitab yazılması deyil, həm də xüsusi internet platformasının yaradılması, kitabın müxtəlif çap və rəqəmsal formatlarda nəşri, Azərbaycanda və xaricdə təqdimatı və yayılması və s. istiqamətlər üzrə işləri əhatə edir:

“Xüsusilə, layihəyə aşağıdakı komponentlər daxildir:

• Arxivlərdə müvafiq araşdırmaların aparılması və Azərbaycanda və xaricdə 50-dən çox müsahibənin aparılması;

• Kitabın ingilis dilində yazılması;

• Kitabın Azərbaycan, türk və rus dillərinə tərcüməsi;

• Kitabın 6000 ədəddən çox sayda xüsusi hədiyyəli sərt üzlü (VIP), standart sərt və yumşaq üz qabığı formatlarında nəşri;

• Kitabın elektron versiyasının PDF, EPUB, MOBI, KINDLE formatlarında nəşri;

• Arxiv sənədlərinin, müsahibələrin videoyazılarının, interaktiv xəritələrin və digər rəqəmsal məzmunun mövcud olacağı, linklər, QR kodlar, heşteqlər, daxil edilmiş məzmunlar vasitəsilə kitabın elektron və çap nəşrləri ilə əlaqələndiriləcək internet platformasının yaradılması;

• Bakıda və xaricdə kitab təqdimatlarının keçirilməsi;

• Sosial şəbəkələrdə və axtarış xidmətlərində genişmiqyaslı kampaniyanın aparılması”.

Məlumatda, həmçinin bildirilib ki, kitabın nəşri Azərbaycanın erməni işğalçı qüvvələri üzərində tarixi Zəfərinin əsas nailiyyətlərini sənədləşdirmək; Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə səylərini və regionda sonrakı müsbət dəyişiklikləri əks etdirmək; oxucuları münaqişədən sonrakı quruculuqla bağlı çağırışlar və çətinliklər haqqında məlumatlandırmaq; Azərbaycan xalqının mədəniyyətini nümayiş etdirmək (xüsusən də Qarabağ bölgəsi kontekstində); münaqişədən sonrakı digər zonalarda mümkün tətbiqi üçün yenidənqurma işlərində Azərbaycan təcrübəsini təbliğ etmək və s məqsəd daşıyır.

Qeyd olunub ki, layihənin təşəbbüskarı və müəllifi britaniyalı müəllif Qrem Vilsondur. Bu layihə üzrə müəllif hüquqları “Media Prima Advertising” şirkətinə məxsusdur. “Media Prima Advertising” şirkəti başqa ölkənin rezidenti olduğu üçün müqavilənin yuxarıda göstərilən işlərdən əlavə, müqavilənin dəyərinə (1 178 672 manat) əlavə dəyər vergisi (18%) və ödəmə vergisi (10%) daxildir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            915 07.11.23 17:38