Mojo.az Banner
23:01 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI  |     22:55 Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb  |     22:48 Xaricə səyahət zamanı ultra varlıların həmişə aldığı 4 məhsul  |     22:43 Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?  |     22:34 Kivini İrandan 1,19, İtaliyadan 14 manata almışıq  |     22:27 Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video  |     22:22 İlk baxışda təsir edən 3 bürc: Xarizma, sirr və zəriflik  |     22:16 Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ  |     22:01 Nazirdən Tural Kərimovla bağlı ƏMR  |     22:00 Ukrayna-Rusiya cəbhəsində atəşkəs başladı  |     21:58 Keçmiş ədliyyə naziri vəfat etdi  |     21:16 "İlham baba mənə "KamAZ" göndərdi" - Video  |     20:51 İmişlidə ev sahibi ilə birgə yandı  |     20:48 Türkiyədə zəlzələ oldu  |     20:48 Kür çayında suyun səviyyəsi artıb  |     20:27 22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI  |     20:19 Məşhur reper xərçəngdən öldü  |     20:14 Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi  |     20:08 500 milyard dollarlıq qızıl ehtiyatlarını gizlədən nəhəng geoloji sistem  |     20:01 İctimai nəqliyyatda NFC problemləri: gecikmiş silinmələr niyə baş verir?  |    
Left Banner
Right Banner

Ərini sifarişlə qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

03.11.2023 16:31 903
Ərini sifarişlə qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda sifarişlə qətl törətməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, hadisə bu il martın 16-da Sabunçu rayonunda qeydə alınıb.

Həmin gün 00:05-də 1993-cü il təvəllüdlü Əli Seyidli yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülüb. Təqsirləndirilən şəxslər ona 18 bıçaq zərbəsi vuraraq tamah məqsədilə qətlə yetiriblər.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı, 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Daha sonra söz təqsirləndirilən şəxslərə verilib.

Təqsirləndirilən şəxslər - Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev özünü qismən, Əzizə Seyidova isə ümumiyyətlə təqsirli bilməyib.

Daha sonra zərərçəkmiş şəxsin (mərhumun) hüquqi varisi Yaşar Seyidov ifadə verib. Onun sözlərinə görə təqsirləndirilən şəxs Əzizə Seyidova onun keçmiş gəlinidir:

“Mən gəlinimə hər zaman yaxşı baxmışam. Oğlum ayrı qalmağı təklif etdi, mən də razılaşdım. Təqsirləndirilən şəxs Əzizə xain xislətli adamdır. Oğlumun kürəyindən 20-yə yaxın bıçaq zərbəsi vurulub. Hesab edirəm ki, oğlumun qətlinin sifarişçisi keçmiş gəlinim, təqsirləndirilən şəxs Əzizədir. Hadisə vaxtı evdə idim. Qapıya çıxanda oğlumu dizüstə, qan içində gördüm. Mərhum oğlumla təqsirləndirilən şəxs olan keçmiş gəlinim arasında qısqanclıq hissləri olub. Əzizə mənim əmimin nəvəsidir. Üç ildir evli idilər, 2 azyaşlı uşaqları var idi”.

Təqsirləndirilən şəxs Əzizə Seyidova ifadəsində bildirib ki, ailədaxili münaqişələri olub, hətta bu münaqişə məhkəməyə boşanmaya qədər gedib:

“O, məni də döyüb, hətta anama da əl qaldırıb. Öldürmək istəsəm, həmin anda qətlə yetirərdim. Biz Əli ilə bir-birimizi sevmişik. Evlənməmişdən əvvəl, yəni 2015-ci ildə mənə qarşı cinsi zorakılıq edib. 2017-ci ildə nişanlandıq, 2020-ci ildə isə öz istəyimlə rəsmi nikaha daxil olduq. Təqsirləndirilən şəxslərdən Elmir və Bəxtiyarı tanımıram, lakin digər təqsirləndirilən Mehdi isə xalamın yoldaşıdır. Mehdi ilə bütün dərdimi bölüşmüşəm. Onunla 10 dəfə görüşmüşəm. O, mənim mərhum yoldaşım Əli ilə hansı problemlər yaşadığımı gözəl bilirdi. O da mənə deyirdi ki, münasibətiniz alınmırsa, boşanın.

Bir gün davamız oldu və mən uşağı da götürüb anamgilə getdim. Daha sonra təqsirləndirilən şəxs Mehdinin maşını ilə uşağı götürüb rəfiqəm Xədicə ilə görüşə getdim. Biz yemək yeyirdik. Uşaq üstünü batırdığına görə dəyişmək istəyəndə çantanı Mehdinin maşınında unutduğumu yəqin etdim. Əli də mənə zəng edib harada olduğumu soruşduqda “Neftçilər” metro stansiyası tərəfdə rəfiqəmlə yemək yediyimi dedim. Əli də yanıma gəldi. Daha sonra Mehdi uşağın çantasını gətirdi. Əli çantanı götürüb süfrəyə gələndə gərgin olduğunu gördüm. Səbəbini soruşanda Mehdi ilə arasında mübahisə yarandığını dedi. Bu cinayətin kim tərəfindən törədilməsi barədə məlumatım yoxdur”.

Növbəti proses dekabrın 13-nə təyin edilib.скачать dle 11.3
Mojo.az Banner