Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Növbəti ildən “uşaq pulu” bərpa edilir? - AÇIQLAMA

01.11.2023 15:04 1 128
Növbəti ildən “uşaq pulu” bərpa edilir? - AÇIQLAMA
Qarşıdakı günlərdə Milli Məclisdə "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirə olunacağı gözlənilir. Bir neçə ildir büdcə müzakirəsi zamanı deputatlar 2006-cı ildən sonra doğulan bütün uşaqlara verilən "uşaq pulu" adlı sosial müavinətin bərpasını təklif edirlər.

Median.Az
bizim.media-ya istinadən xəbər verir ki, 2021-ci ilin dövlət büdcəsi müzakirə olunanda da bir neçə deputat eyni təkliflə çıxış edib, lakin təkliflərə müsbət cavab verilməyib.

Bəs, növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı "uşaq pulu"nun bərpası məsələsi yenidən gündəmə gələ bilərmi?

Milli Məclisin üzvü Fazil Mustafa mövzu ilə bağlı açıqlamasında uşaqlara verilən müxtəlif müavinətlərin artırılmasının müzakirə olunacağını bildirib:
"Bununla bağlı ayrıca bir təklifin verilməsi dəfələrlə izah olunub. Uşaqlarla bağlı xeyli müavinət formaları var. Həmin müavinət formalarının artırılması məsələsi gündəmə gətiriləcək. Bilavasitə müavinətlər o zaman artır ki, minimum yaşayış məbləği artsın. Bu artanda ona müvafiq olaraq müavinətlərin artımı nəzərdə tutula biləcək.

Çünki müavinətlər minimum yaşayış məbləğinin həddindən aşağı olmamalıdır. Bu baxımdan, bu kimi təkliflər orada nəzərdə tutulacaq.

Konkret "uşaq pulu" deyilən bir termin yox, ayrı-ayrı müavinət formaları mövcuddur. Uşaqlar üçün müxtəlif müavinət formalarının, əlilliyə, təhsilə görə verilən təqaüd və s. müavinətlərin artırılması məsələsi büdcə müzakirələrində gündəmə gətiriləcək", - deyə deputat əlavə edib.скачать dle 11.3
Mojo.az Banner