Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobillər toqquşdu, söyüş söyüldü, məktəbin yaxınlığında qan töküldü

31.10.2023 11:10 2 106
Avtomobillər toqquşdu, söyüş söyüldü, məktəbin yaxınlığında qan töküldü
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nahid Qədirovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilib.

İttihama görə, hadisə 28 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndinin inzibati ərazisində yerləşən Yeni Qızılca kənd tam orta məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, Nahid Qədirov tanışının idarə etdiyi “ZAZ Tavriya” markalı avtomobilində sərnişin qismində olduğu zaman həmin nəqliyyat vasitəsi digər şəxsin idarə etdiyi QAZ-3110 avtomobili ilə toqquşub. Həmin şəxslərin arasında qəzanın maddi xərclərinin bölüşdürülməsi səbəbindən mübahisə yaranıb.

Narazılığı aradan qaldırılması məqsədilə hadisə yerinə təqsirləndirilən şəxsin tanışı, zərərçəkmiş Samir Fətəliyev (şərti) gəlib. Mübahisə zamanı zərərçəkmiş şəxs onların ünvanına nalayiq söyüşlər söyüb. Daha sonra Nahid həmin gün saat 23 radələrində Yeni Qızılca kənd tam orta məktəbin yaxınlığında Samirlə görüş təyin edib. Görüş zaman onların arasında mübahisə baş verib. Nəticədə o, özü ilə götürdüyü bıçaqla Samirin sol bazu və qarın nahiyəsinə 3 dəfə qəsdən zərbə vuraraq, ona xəsarətlər yetirib.//pravda.azскачать dle 11.3
Mojo.az Banner